Pedaqoji Universitetdə 1978 1983 cü illərin məzunları ilə görüş olub
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 1978–1983-cü illərdə Coğrafiya və biologiya fakültəsində təhsil almış məzunlarla görüş keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirin açılışında Tədris departamentinin Məzun koordinasiya və karyera şöbəsinin müdiri Könül Əsgərova məzunların təhsil illərinə nəzər salıb və onları əlamətdar görüş münasibətilə təbrik edib.
Tədbirdə çıxış edən sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev məzunlara universitetin bugünkü fəaliyyəti və inkişaf mərhələləri haqqında ətraflı məlumat verib.
Sonra görüşdə iştirak edən məzunlardan biri, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev tələbəlik illəri və müəllimləri ilə bağlı xatirələrini bölüşüb.
Daha sonra Tarix və coğrafiya fakültəsinin dekanı dosent Asif Axundov, fakültənin 1978–1983-cü illər məzunlarının müəllimlərindən dosent Məlikməmməd Cəbrayılov və baş müəllim Kərəm Bayramov, eləcə də məzunlar öz təəssüratlarını bölüşərək xoş arzularını çatdırıblar.
Görüş xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 29 Dekabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















