Icma.az
close
up
RU
Pedaqoji Universitetdə “Brend tələbə”lərlə görüş

Pedaqoji Universitetdə “Brend tələbə”lərlə görüş

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı,14 oktyabr, AZƏRTAC

Oktyabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “AzEdu.az” təhsil portalının təşəbbüsü ilə həyata keçirilən “Brend tələbə” layihəsi çərçivəsində seçilmiş tələbələrlə görüş təşkil olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi tələbələr arasında sağlam rəqabət mühiti formalaşdırmaq, fəal və istedadlı gəncləri cəmiyyətə daha yaxından tanıtmaq, onların uğurlarını həm yaşıdları, həm də gələcək tələbə namizədlər üçün motivasiya mənbəyinə çevirməkdir.

ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev çıxışında qeyd edib ki, “Brend tələbə” layihəsi gənclərin yalnız akademik göstəricilərini deyil, həm də ictimai fəallığını ön plana çıxarır. Prorektor bildirib ki, universitet tələbələrin fərdi inkişafına dəstək olmaqla yanaşı, onların ictimai və mədəni fəaliyyətlərini də təşviq edir. ADPU-da tələbələrin yaradıcılıq və təşəbbüskarlıq potensialını artırmaq məqsədilə müxtəlif elmi və sosial layihələr, seminarlar və beynəlxalq proqramlar həyata keçirilir. Bundan əlavə, universitetdə dərsdənkənar fəaliyyətlərin genişləndirilməsi, idman və musiqi fəaliyyətlərinin təşkili, sosial layihələrin dəstəklənməsi istiqamətində ardıcıl işlər aparılır. Bu tədbirlər tələbələrin liderlik bacarıqlarının formalaşmasına, məsuliyyət hissinin artırılmasına və cəmiyyətdə nümunəvi fəaliyyət göstərmələrinə imkan yaradır.

“AzEdu.az” Təhsil Portalının rəhbəri Elşad Eyvazlı bildirib ki, “Brend tələbə”lərin seçimi zamanı bir sıra əsas göstəricilər nəzərə alınır. Bu meyarlar tələbənin universitetin ictimai həyatında fəallığı, yenilikçi düşüncəsi və yeni çağırışlara yaradıcı yanaşmaları, eləcə də ali təhsil müəssisəsinin nüfuzunu artıracaq ideya və təşəbbüslərlə çıxış etməsi kimi meyarları əhatə edir. Namizədlərin milli və dövlətçilik dəyərlərinə sadiqliyi, bu mövqeyin prinsipial şəkildə qorunması və beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil etməsi mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlara sahib olmaq, ixtisası üzrə elmi və istehsalat göstəriciləri, analitik düşüncə qabiliyyəti də qiymətləndirilən əsas amillərdəndir. Tələbənin beynəlxalq proqramlarda iştirakı, liderlik keyfiyyətləri və onların praktik tətbiqi, xarici dil bilikləri, musiqi və idman sahələrindəki bacarıqları, dərsdənkənar fəallığı və sosial şəbəkələrdə məqsədyönlü, faydalı aktivliyi də bu seçim prosesində nəzərə alınan digər vacib meyarlardır.

Görüş zamanı tələbələr uğur hekayələrini bölüşüb, planları barədə danışıb, layihənin onların şəxsi və akademik inkişafına verdiyi töhfələrdən söz açıblar.

“Brend tələbə”lər universitetlərin professor-müəllim heyətinin və tələbə ictimaiyyətinin rəyi əsasında, ekspert komissiyası tərəfindən müəyyən olunmuş xüsusi meyarlar əsasında, hər universitetdən 10 tələbə olmaqla seçilir. Məleykə İsmayılova, İlkin Quluzadə, Səfa İdrisov, Xədicə Babayeva, Şərəf Əzəmmədova, Nərmin Həsənova, Səidə Abulova, Aytac Muradlı, Zərinə Hümbətova və Mehriban Hüseynova ADPU-dan 2025-ci il üçün seçilmiş “Brend tələbə”lərdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri