Icma.az
close
up
RU
Pedaqoji Universitetdə mühüm tədbir

Pedaqoji Universitetdə mühüm tədbir

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Ali Təhsilin Keyfiyyəti Şurası (YÖKAK), Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Türkiyənin Sakarya və Çankaya universitetlərinin birgə təşkilatçılığı ilə keçirilən “Ali Təhsildə Keyfiyyət üzrə Beynəlxalq Konfrans (ICQH)” və “Beynəlxalq Müəllim Hazırlığı Konfransı (ITEC)”nın açılış mərasimi keçirilib.

Ali  təhsil ocağından Gununsesi.info-ya verilən məlumata görə, tədbirdə elm və təhsil ictimaiyyətinin nümayəndələri, ali təhsil və elmi-tədqiqat müəssisələrinin rəhbərləri, millət vəkilləri, diplomatik korpusların nümayəndələri, Azərbaycan və digər ölkələrdən olan alim və tədqiqatçılar iştirak ediblər.

Əvvəlcə tədbirin Türkiyə tərəfdən koordinatoru, Sakarya Universitetinin professoru Aytekin İşman və Azərbaycan tərəfdən koordinatoru, ADPU-nun tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov çıxış edərək konfranslara hazırlıq prosesi barədə ətraflı məlumat veriblər. Qeyd edilib ki, 2 gün müddətində işinə davam edəcək  “Ali Təhsildə Keyfiyyət üzrə Beynəlxalq Konfrans”na 210-dan çox, “Beynəlxalq Müəllim Hazırlığı Konfransı”na isə 150-dən çox elmi məqalə və tezis təqdim edilib.

Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, bu gün ali təhsildə keyfiyyətin yüksəldilməsi qlobal müzakirələrin əsas mövzularından biridir. Cəmiyyətin dinamik inkişafı, əmək bazarının yeni tələbləri və texnologiyaların sürətli transformasiyası ali təhsil müəssisələrindən daha çevik, daha dayanıqlı, daha innovativ yanaşmalar tələb edir. Bu kimi konfransların təhsil keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan islahatların müzakirəsi və  qlobal təcrübə mübadiləsi baxımından olduqca əhəmiyyətli platforma olduğunu vurğulayan rektor ölkəmizdə son illər ali təhsildə keyfiyyət təminatını gücləndirmək üçün həyata keçirilən  sistemli islahatlardan söz açıb. Qeyd edilib ki, beynəlxalq tələblərə uyğun akkreditasiya mexanizmlərinin tətbiqi ali təhsil sistemində şəffaflığı və məsuliyyəti kifayət qədər artırıb. Rəqəmsal idarəetmə, təhsil və təlim resurslarının modernləşdirilməsi ali təhsilin əlçatanlığını və effektivliyini yüksəldib.
Vurğulanıb ki, müəllim hazırlığı, kadr inkişafı, kurikulum yenilənməsi və universitetlərin beynəlxalq reytinq sistemlərinə inteqrasiyası üzrə genişmiqyaslı proqramlar artıq öz nəticələrini göstərməkdədir. Bu islahatlar ölkəmizin ali təhsil sahəsində qlobal  mühitə çevik inteqrasiyasını təmin edir.

C.Cəfərov diqqətə çatdırıb ki, müasir dövrün tələblərinə cavab verən, geniş kompetensiyalara malik, pedaqoji təfəkkürü inkişaf etmiş müəllimlərin yetişdirilməsi olmadan təhsildə keyfiyyətin davamlı olaraq təmin olunması mümkün deyil və bu baxımdan, “Beynəlxalq Müəllim Hazırlığı Konfransı” xüsusi əhəmiyyət kəsb edir. Bu konfrans qlobal miqyasda müəllim hazırlığı modellərinin, innovativ pedaqoji metodların, rəqəmsal təlim mühitinin və təhsilverənlərin peşəkar inkişafına dair ən son yanaşmaların müzakirəsi üçün geniş platforma təqdim edəcək. Dünyanın aparıcı universitetlərinin, təhsil ekspertlərinin, beynəlxalq təşkilatların və praktik müəllim hazırlığı mərkəzlərinin bir araya gəldiyi bu tədbir pedaqoji təhsildə yeni istiqamətlərin formalaşmasına töhfə verməklə yanaşı, ölkəmizdə müəllim hazırlığı sisteminin daha yüksək standartlara uyğunlaşdırılmasına da əlavə stimul yaradacaq.

Türkiyənin Çankaya Universitetinin rektoru prof. Hadi Hakan Maraş və Sakarya Universitetinin rektoru prof. Hamza Al, YÖKAK-ın sədri prof. Ümit Kocabıçak və TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov çıxışlarında konfransın  təkcə elmi müzakirə platforması deyil, həm də iki ölkənin ali təhsil sistemləri arasında bilik və təcrübə mübadiləsinin strateji mərhələsi olduğunu qeyd edib və konfransın tərəfdaşlarına təşəkkürlərini çatdırıblar. Konfransların ali təhsil sistemi üçün yeni əməkdaşlıq perspektivləri açacağına və birgə fəaliyyətlər üçün güclü stimul verəcəyinə əminlik ifadə edilib.

Açılış nitqlərindən sonra ADPU-nun Biologiya müəllimliyi ixtisasının son kurs tələbəsi Gülay İmanzadənin  piano ifası təqdim edilib.

Daha sonra plenar iclasın açılış məruzələri dinlənilib. ADPU-nun rektoru prof. Cəfər Cəfərov “Müasir müəllim hazırlığının keyfiyyət göstəriciləri”, YÖKAK sədri prof. Ümit Kocabıçak “Ali təhsildə akkreditasiyaların önəmi və süni intellektin təsiri”, TKTA-nın İdarə Heyətinin sədri  Tural Əhmədov isə “Ali təhsil müəssisələrinin institusional və proqram akkreditasiyası üzrə çağırışlar və gözləntilər” mövzusunda geniş məruzələrlə çıxış ediblər.

Açılış məruzələrindən sonra plenar iclasa yekun vurulub.

Plenar iclasdan sonra “Ali Təhsildə Keyfiyyət üzrə Beynəlxalq Konfrans” və “Beynəlxalq Müəllim Hazırlığı Konfransı” öz işini 18 bölmədə müzakirələrlə davam etdirib.

Günay Mahirqızı 

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 Dekabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see490

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see285

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see275

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see271

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see267

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see260

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see255

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see250

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see243

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see226

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see219

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see215

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see214

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see208

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see206

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see202

Boşandıqdan sonra ilk dəfə münasibətə hazırlaşır

19 Sentyabr 2026 01:55see200

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see190

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see186

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri