Icma.az
close
up
RU
Pedaqoji Universitetdə liderlik proqramlarının bağlanış mərasimi keçirilib

Pedaqoji Universitetdə liderlik proqramlarının bağlanış mərasimi keçirilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 iyun, AZƏRTAC

İyunun 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Pedaqoji Universitetin Strateji İnkişaf Mərkəzinin (ADPU SİM) birgə həyata keçirdiyi “Məktəbəqədər təhsildə liderlik” proqramının I çağırışı və “Məktəb liderliyi” proqramının II çağırışı üzrə bağlanış mərasimləri olub.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Mərasimi açan ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, liderlik bacarığı bu gün təhsildə ən çox ehtiyac duyulan, eyni zamanda, böyük məsuliyyət tələb edən anlayışdır. Xüsusilə təhsil müəssisələrində liderlər təkcə sahə üzrə mütəxəssis deyil, eyni zamanda, ilhamverici, çevik qərar verən şəxsiyyətlər olmalıdırlar. Bu proqramlar sadəcə idarəetmə bacarıqlarına sahib şəxsləri deyil, təhsil müəssisələrində dərin düşüncə ilə liderlik edəcək, inkişafı davamlı edəcək şəxsləri yetişdirməyi qarşısına məqsəd qoyub. Rektor vurğulayıb ki, təhsil liderləri müəssisənin bütün maraqlı tərəfləri ilə düzgün kommunikasiya qurmağı bacarmalı, yeri gəldikdə çevik qərar verməli, liderlik etdiyi qurumda insanları ortaq vizyona inandırmalı və bu vizyona çatmaq üçün onları səfərbər etməlidir. XXI əsrin təhsil liderlərinin ərsəyə gəlməsində sahə bilikləri ilə yanaşı, məhz “Məktəb liderliyi” və “Məktəbəqədər təhsildə liderlik” proqramları kimi layihələrin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli proqram iştirakçılarının əldə etdikləri nəzəri və praktik biliklərin gələcək fəaliyyətlərində mühüm rol oynayacağına əminliyini ifadə edib. Qeyd edilib ki, həm məktəbəqədər təhsil, həm də ümumi təhsil ölkənin intellektual potensialının formalaşdığı baza mərhələləridir. Bu sahələrin gücləndirilməsi, burada çalışan pedaqoji və idarəçi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi dövlətin uzunmüddətli inkişaf strategiyasının əsas tərkib hissəsidir.

Nazirlik tərəfindən bu istiqamətdə aparılan işlərdən danışan M.Kərimli diqqətə çatdırıb ki, müəllimlərin sertifikasiyaya cəlb edilməsi prosesi uğurla davam edir. Bu il 19 min müəllimin bu prosesə cəlbi nəzərdə tutulub, indiyədək isə ümumilikdə 63 min müəllim sertifikasiyadan keçib. Cari ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 70 minədək müəllim qeydiyyatdan keçib.

Aparat rəhbəri onu da qeyd edib ki, bu proqramlar vasitəsilə təhsil rəhbərləri müasir idarəetmə bacarıqları ilə yanaşı, liderlik mədəniyyəti, sosial emosional dəstək və komandaların qurulması sahəsində də ciddi bilik və vərdişlər qazanırlar. Bu isə birbaşa təhsil müəssisələrinin daxili mühitinə, tədrisin keyfiyyətinə təsir göstərir.

Daha sonra hər iki proqramın iştirakçısı olmuş və məktəbəqədər və ümumtəhsil müəssisələrində rəhbər vəzifələrdə çalışan məzunlar proqramla bağlı təəssüratlarını bölüşüblər.

Mərasim məzunların təltif edilməsi ilə davam edib.

“Məktəbəqədər təhsildə liderlik” proqramının I çağırışı üzrə 100, “Məktəb liderliyi” proqramının II çağırışı üzrə isə 121 olmaqla, ümumilikdə 221 nəfər məzun olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 İyun 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri