Icma.az
close
up
RU
Pedaqoji Universitetdə magistrantlar üçün COP29a həsr olunmuş seminar keçirilib

Pedaqoji Universitetdə magistrantlar üçün COP29a həsr olunmuş seminar keçirilib

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Magistratura və doktorantura şöbəsinin təşkilatçılığı ilə magistrantlar və professor-müəllim heyəti üçün “Azərbaycanda COP29 tədbirinin uğurla təşkilinin beynəlxalq münasibətlər və ekoloji təhlükəsizlik kontekstində əhəmiyyəti” mövzusunda seminar keçirilib. 

Tədbiri giriş sözü ilə açan Magistratura və doktorantura şöbəsinin müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov seminarın Ekologiya və Təbii Sərvətlər Nazirliyi  (ETSN) yanında Milli Hidrometorologiya Xidmətinin (MHX) məsul şəxslərinin iştirakı ilə keçirilməsinə şərait yaratdığına görə universitet rəhbərliyinə və dəstəyə görə Xidmətin rəisi Nazim Mahmudova təşəkkür edib. Vurğulanıb ki, maarifləndirici mahiyyət daşıyan tədbir “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil edilib. 

Sonra “COP29 – qlobal iqlim dəyişmələri ilə mübarizədə tarixi tədbir” adlı videoçarx nümayiş etdirilib. 

ETSN MHX-nın  Beynəlxalq əməkdaşlıq və iqlim dəyişmələri şöbəsinin müdiri Fuad Hümbətov “COP29 və beynəlxalq münasibətlər sistemində ekoloji təhlükəsizlik məsələləri” mövzusunda geniş təqdimatla çıxış edərək iqlim dəyişmələrinin, istixana effekti yaradan qazların emissiyasının  artmasının və s. problemlərin dünyada, regionda və ölkəmizdə yaratdığı ekoloji problemlər haqqında məlumat verib. F.Hümbətov COP29-un Azərbaycanda keçirilməsinin və konfrans çərçivəsində qəbul olunan əhəmiyyətli qərarların ölkə rəhbərliyinin səmərəli xarici siyasəti, eləcə də ekoloji diplomatiyanın uğuru olduğunu qeyd edib və  konfransın tarixi əhəmiyyətindən bəhs edib.

Xidmətin Beynəlxalq əməkdaşlıq və iqlim dəyişmələri şöbəsinin baş məsləhətçisi Mehriban Mirzəli “COP29 Bakı Təşəbbüsü”, İqlim dəyişmələri mərkəzinin aparıcı mütəxəssisi Könül Cəfərova “İqlim dəyişmələri və gender” mövzusunda təqdimatla çıxış ediblər. 

İnteraktiv formatda təşkil olunan tədbirdə MHX-nın əməkdaşları tərəfindən ölkəmizdə qlobal iqlim dəyişmələri ilə mübarizə istiqamətləri, COP29-da əldə olunan nailiyyətlər, yaşıl iqtisadiyyata ədalətli keçid, müasir dünyada iqlim diplomatiyasının əsas çağırışları, Bakı Təşəbbüsünün mahiyyəti, iqlim dəyişmələrinin gender məsələlərinə təsiri və s. problemləri əhatə edən təqdimatla çıxışlar edilib.

Seminarın sonunda mövzu üzrə tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2024 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see274

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see222

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see158

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see155

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see143

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see138

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see138

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri