Icma.az
close
up
RU
Pedaqoji Universitetdə Xüsusi Təhsil İşçilərinin I Beynəlxalq Forumu keçirilib

Pedaqoji Universitetdə Xüsusi Təhsil İşçilərinin I Beynəlxalq Forumu keçirilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Mayın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)  Elm və Təhsil Nazirliyi, ADPU və universitetin Məktəbəqədər təhsil fakültəsinin birgə təşkilatçılığı ilə  Xüsusi Təhsil İşçilərinin I Beynəlxalq Forumu keçirilib. Forumda dövlət rəsmiləri, ADPU rəhbərliyi, təhsil ictimaiyyətinin nümayəndələri, təhsil ekspertləri, müxtəlif ölkələrdən olan xüsusi təhsil sahəsində fəaliyyət göstərən mütəxəssislər, müəllimlər və tədqiqatçılar iştirak ediblər.

ADPU-nun mətbuat xidmətindən bildirilib ki, forumdan əvvəl universitetdə  Ümumilli Lider Heydər Əliyevin abidəsi və Zəfər guşəsi ziyarət edilib.  Daha sonra qonaqlar  Koxlear İmplantlı Şəxslərə Sosial Yardım İctimai Birliyinin təşkilatçlığı ilə hazırlanmış əl işləri və rəsm sərgi-yarmarkası və ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin Xüsusi təhsil kafedrasının professor-müəllim heyətinin son illərdəki elmi nailiyyətlərini əks etdirən əsərlərin sərgisi ilə tanış olublar.

Forumda açılış nitqi ilə çıxış edən  ADPU rektoru professor Cəfər Cəfərov tədbirin xüsusi təhsil sahəsi üçün əhəmiyyətini vurğulayaraq, bu forumun həm elmi, həm də sosial baxımdan mühüm bir hadisə olduğunu qeyd edib. C.Cəfərov bildirib ki, cəmiyyətin hər bir üzvünün keyfiyyətli təhsilə bərabər çıxış hüququ var və bu istiqamətdə çalışan mütəxəssislər böyük sosial məsuliyyət daşıyırlar.  Rektor, ADPU-nun bu sahədə beynəlxalq əməkdaşlıqları və elmi-praktik təşəbbüsləri dəstəklədiyini vurğulayaraq, forumun bu istiqamətdə yeni imkanlar yaradacağına əminliyini ifadə edib.

Çıxış edənlərdən Azərbaycan Respublikası Milli Məclisinin deputatları Mehriban Vəliyeva və Ceyhun Məmmədov, təhsil nazirin müşaviri Nigar Bağırlı, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev və Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin Xüsusi təhsil sektorunun müdiri Anar Xələfov sağlamlıq imkanları məhdud uşaqların inkişafı üçün yeni metod və yanaşmaların tətbiqinin vacibliyi, bu sahədə görülən işlər və gələcək hədəflər, beynəlxalq əməkdaşlığın bu istiqamətdə açdığı imkanlar barədə danışıblar.

ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova bu kimi tədbirlərlə universitet və fakültənin xüsusi təhsil sahəsindəki ən müasir tendensiyaları müqayisə edərək bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsini hədəflədiyini diqqətə çatdırıb.

Əsas məqsədi xüsusi təhsil sahəsində çalışan peşəkarların bacarıqlarını daha da inkişaf etdirmək, beynəlxalq əməkdaşlıq əlaqələrini möhkəmləndirmək və müxtəlif problemlərə innovativ həllər tapmaq olan forum işini panel müzakirələrlə davam etdirib.  “Xüsusi təhsil sistemində rəqəmsal resurslardan istifadə və distant təhsil” , “Xüsusi təhsil sistemində tədqiqatlar və innovasiyalar” və “Xüsusi təhsil sistemində sağlamlıq imkanları məhdud uşaqların diaqnostik qiymətləndirməsi” panelləri üzrə keçirilən müzakirələrdə müxtəlif ölkələrdən olan təhsil mütəxəssisləri, müəllimlər və tədqiqatçıların sağlamlıq imkanları məhdud uşaqların inkişafı üçün müxtəlif  metodlar, proqramlar və təcrübələr  haqqındakı təqdimatları dinlənilib, geniş müzakirələr aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 May 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri