Icma.az
close
up
RU
Pedaqoji Universitetdə XI Beynəlxalq Təhsil və İnnovativ Elmlər Konqresi keçirilir

Pedaqoji Universitetdə XI Beynəlxalq Təhsil və İnnovativ Elmlər Konqresi keçirilir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 13 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyə İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə XI Beynəlxalq Təhsil və İnnovativ Elmlər Konqresi işə başlayıb.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan, Türkiyə, Hindistan, Əlcəzair, Rumıniya, Polşa, Səudiyyə Ərəbistanı, Portuqaliya, Anqola və Qanadan elm və təhsil mütəxəssisləri iştirak edirlər.

Tədbirdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov bildirib ki, konqres müasir təhsil sisteminin qarşısında duran çağırışların müzakirəsi və yeni həll yollarının formalaşdırılması baxımından əhəmiyyətli platformadır. Rektor bildirib ki, təhsilin yalnız daxili deyil, həm də beynəlxalq ölçüdə düşünülməsi vacibdir və bugünkü qloballaşan dünyada elm adamlarının birgə işləməsi, təcrübə mübadiləsi aparması, eyni zamanda, ortaq elmi nəticələr əldə etməsi son dərəcə önəmlidir. Belə beynəlxalq tədbirlər tədqiqatçıların qarşılıqlı öyrənmə prosesini gücləndirir, innovativ yanaşmaların tətbiqini stimullaşdırır və elmi biliklərin yayılmasında körpü rolu oynayır. Rektor vurğulayıb ki, konqresdə dünyanın müxtəlif ölkələrindən alimlərin iştirakı Azərbaycan elminin dünya elminə inteqrasiya səviyyəsinin bariz nümunəsidir. O, tədbirdə təqdim olunacaq məruzələrin və keçiriləcək elmi diskussiyaların təhsil siyasətinə və tətbiqi sahələrə də mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov çıxışında bildirib ki, təqdim olunan mövzular yalnız nəzəri deyil, həm də praktik əhəmiyyətə malikdir. A.Zamanov gənc tədqiqatçıların və akademiklərin konqres çərçivəsində fikir mübadiləsi aparmasının gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradacağını qeyd edib. XXI əsrin təhsil sisteminin yalnız bilik ötürməklə kifayətlənməyərək, eyni zamanda, fərdi bacarıqların inkişafına və yaradıcı düşüncənin formalaşmasına yönəlməli olduğunu vurğulayan prorektor yerli və xarici mütəxəssislərin bir araya gəldiyi konqresin bu istiqamətdə təcrübələrin mübadiləsi baxımdan vacib əhəmiyyətə malik olduğunu qeyd edib.

Elmi-Tədqiqat Mərkəzinin direktoru dosent Ərəstun Mehdiyev və İKSAD rəhbəri Mustafa Latif çıxışlarında konqresin təşkilati və elmi əhəmiyyətindən danışaraq qeyd ediblər ki, bu cür beynəlxalq tədbirlər elmi ideyaların mübadiləsi, tədqiqat nəticələrinin təqdimatı və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından əvəzsizdir.

Konqres çərçivəsində əyani və onlayn formatda sessiyalar təşkil olunub. Təqdimatlar müxtəlif zal və bölmələrdə moderatorların rəhbərliyi ilə həyata keçirilib.

Konqresdə süni intellektin təhsildə tətbiqi, inklüziv təhsil, sosial media və gənclərin psixoloji rifahı, STEAM texnologiyaları, davamlı inkişaf, dil və tarix təliminin metodikası, ədəbiyyatın müasir təhlili, biomüxtəliflik, urbanizasiya və digər aktual mövzularda məruzələr təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see297

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see262

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see176

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see174

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see160

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see143

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see139

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see137

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see137

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see133

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see131

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see129

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see129

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see127

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see127

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see127

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see126

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see126

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see125

“Kristal Abşeron 2”dən yanğın, 2 nəfər xəsarət aldı

13 Dekabr 2025 01:03see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri