Icma.az
close
up
RU
Pedaqoq missiyası

Pedaqoq missiyası

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Həyatda elə insanlar olur ki, onların adı rəsmi sənədlərdə, statistikalarda bəzən ya qısaca qeyd olunur, ya da özlərinin təvazökarlıqlarından irəli gələrək fəaliyyətləri kölgədə qalır, lakin gördükləri xeyirxah işlər bir nəslin, bir bölgənin taleyində dərin izlər buraxır. Belə dəyərli insanlardan biri də torpaqlarımızın işğal altında olduğu illərdə Cəbrayıl təhsilinin yaşaması və davamlılığı naminə əlindən gələn fədakarlığı əsirgəməyən pedaqoq Rafiq Bayramovdur.

Rafiq Orduxan oğlu Bayramov 1955-ci il noyabr ayının 28-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində anadan olub. Uşaqlıq və gənclik illəri zəhmət, məsuliyyət və Vətən sevgisi ilə yoğrulan Rafiq müəllim heç bir çətinliyə baxmayaraq, həyatının bütün mərhələlərində bu dəyərlərə sadiq qalıb. O, sadə və qayğıkeş bir ailə başçısı olmaqla kifayətlənməyib, eyni zamanda cəmiyyət üçün nümunəvi bir valideyn, ziyalı və vətəndaş olub.

Həyatın çətin sınaqlarına baxmayaraq, Rafiq müəllim beş övlad böyüdüb, onların hər birinə ali təhsil verməyi özünə borc bilib. Onun valideyn kimi ən böyük uğuru övladlarının savadlı, peşəkar və cəmiyyətə faydalı insanlar kimi formalaşması olub. Bu ailədə bir nəfər ədliyyə işçisi, bir nəfər məktəb direktoru, iki nəfər müəllim, bir nəfər isə tibb işçisi yetişib. Bu faktın özü Rafiq müəllimin təhsilə, elmə və insana verdiyi dəyərin əyani nümunəsidir.

1990-cı illərin əvvəlləri Azərbaycan tarixinin ağrılı və ağır dövrləri idi. Torpaqlarımız işğala məruz qalmış, yüz minlərlə insan doğma yurd-yuvasından didərgin düşmüş, xüsusilə məktəb yaşlı uşaqların təhsili ciddi təhlükə altına düşmüşdü. Məhz belə bir zamanda Rafiq müəllim öz vətəndaşlıq mövqeyini və müəllim vicdanını ortaya qoyaraq tarixi bir addım atdı. 1994-cü ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd orta məktəbinin fəaliyyətini Bakı şəhərinin Xətai rayonunda öz şəxsi təşəbbüsü, böyük zəhməti və təşkilatçılığı sayəsində bərpa etdi. Bu, sadəcə bir məktəbin açılması deyildi, həm də məcburi köçkün uşaqlarının gələcəyə olan ümidlərinin qorunması, savadsızlığın qarşısının alınması və milli təhsilin yaşadılması idi. Rafiq müəllim həmin ağır dövrdə məcburi köçkün uşaqlarının təhsildən yayınmasına, onların məktəblə, müəllimlə, elm və biliklə bağlarının qopmasına imkan vermədi. O, təxminən 30 nəfərlik kollektivi olan məcburi köçkün məktəbinin fəaliyyətinin bərpa edilməsinə nail olaraq çətin günlər yaşayan bir təhsil müəssisəsinin pedaqoji heyətinin sosial durumunun yaxşılaşmasına, öz peşələrini davam etdirmələrinə şərait yaratdı. Bu, təkcə idarəçilik səriştəsi deyil, həm də dərin insanpərvərlik, vicdan və məsuliyyət örnəyi idi.

Rafiq Bayramov 1994-2016-cı illərdə Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd orta məktəbinin direktoru vəzifəsində çalışaraq təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsi və sağlam pedaqoji kollektivin formalaşdırılması istiqamətində yorulmadan fəaliyyət göstərdi. O, eyni zamanda bu illər ərzində Cəbrayıl-Qubadlı Seçki Dairəsində seçki məntəqəsinin sədri kimi də çalışaraq ictimai-siyasi proseslərdə fəal iştirak etdi.

Yeni Azərbaycan Partiyasının fəal üzvü olan Rafiq müəllim dövlətçiliyə, sabitliyə və milli maraqlara sadiqliyi ilə daim seçildi. Onun fəaliyyəti hər zaman dürüstlük, prinsipiallıq və vətənpərvərlik üzərində qurulmuşdu.

Təhsil sahəsində göstərdiyi çoxillik səmərəli fəaliyyətə və xidmətlərinə görə Rafiq Bayramov 2013-cü ildə "Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi" fəxri adına layiq görüldü. Bu mükafat onun ömrünü həsr etdiyi sahədə əməyinə verilən yüksək qiymət idi.

Təəssüf ki, Rafiq müəllim 2016-cı ildə ürək tutması nəticəsində dünyadan köçdü. Onun vəfatı təkcə ailəsi və yaxınları üçün deyil, bütövlükdə Cəbrayıl rayonunun pedaqoji ictimaiyyəti üçün böyük itki idi.

İnsan ömrü gördüyü işlərlə ölçülür, deyirlər. Rafiq Bayramov da arxasında dərin izlər, xeyirxah əməllər və savadlı nəsillər qoyaraq öz adını əbədiləşdirdi. Bu gün Rafiq müəllimin adı böyük hörmət və ehtiramla xatırlanır, yetişdirdiyi şagirdlər və fəaliyyət göstərdiyi məktəb onun mənəvi irsini yaşadır. Rafiq Bayramov Cəbrayıl təhsilinə nəfəs verən, onu ən çətin dövrdə ayaqda saxlayan fədakar ziyalı kimi həmişə yaddaşlarda qalacaq.

Allah rəhmət eləsin!

Amid BAYRAMOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Dekabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri