Icma.az
close
up
RU
Tanınmış epidemioloq, nurlu pedaqoq

Tanınmış epidemioloq, nurlu pedaqoq

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İbadulla Ağayev – 75

Xalq öz dəyərli övladları ilə tanınır və onlarla fəxr edir. Xalqımızın belə övladlarından birinin – Azərbaycan Tibb Universitetinin epidemiologiya və biostatistika kafedrasının müdiri, Əməkdar elm xadimi, Əməkdar müəllim, tibb elmləri doktoru, professor İbadulla Əliağa oğlu Ağayevin 75 yaşı tamam olur.

İbadulla Ağayev 1950-ci ildə Sabirabad rayonunun Cəngən kəndində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1973-cü ildə ali təhsilini müvəffəqiyyətlə başa çatdırdıqdan sonra bir müddət Bakı şəhər mərkəzi təcili tibbi yardım stansiyasında səyyar həkim işləmişdir. 1976-cı ildə isə müsabiqə yolu ilə N.Nərimanov adına ADTİ-nin epidemiologiya kafedrasına assistent seçilmişdir.1979-cu ildə namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi almışdır. İ.Ağayev 1982-1992-ci illərdə kafedranın dosenti vəzifəsində işləmişdir.

1991-ci ildə isə İbadulla Ağayev tibb elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmiş, 1992-ci ildə professor elmi adı almışdır. 1992-ci ildən ATU-nun epidemiologiya və biostatistika kafedrasının müdiridir.

Tibb Universitetinin kafedra müdiri kimi ölkəmizdə minlərlə ali təhsilli tibb mütəxəssisinin hazırlanmasında, onların mənəvi keyfiyyətlərinin milli-mədəni dəyərlərimiz zəminində formalaşmasında böyük rolu olan İbadulla müəllimin zəhməti danılmazdır.

Professor İ.Ağayevin zəngin bilik və təcrübəsi, tükənməz enerjisi onun müxtəlif ictimai işlərdə, elmi-praktik cəmiyyətlərin fəaliyyətində fəal iştirak etməsinə zəmin yaradır. Belə ki, o, kafedra müdiri olmaqla yanaşı, uzun illər Səhiyyə Nazirliyinin baş epidemioloqu olmuşdur. ATU-nun nəzdində fəaliyyət göstərən dissertasiya şurasının, eyni zamanda, profil sahələr üzrə problem komissiyasının sədridir.

Professor İ.Ağayevin yaradıcı fəaliyyətinin mühüm hissəsini tədris- metodik iş təşkil edir. Bu illər ərzində İbadulla müəllim çox məhsuldar elmi fəaliyyətlə məşğul olmuşdur. O, 300 sanballı elmi əsərin müəllifidir. Onun elmi rəhbərliyi altında 40 namizədlik və 5 doktorluq dissertasiyası müdafiə edilmişdir. Professor İbadulla Ağayev epidemiologiyaya həsr olunmuş 10 dərsliyin, 15 tədris vəsaitinin, 10 elmi-kütləvi kitabçanın, 10 metodik göstərişin müəllifidir.

...Yaşının üstünə bir yaş da gəldi və ömür kitabının bir səhifəsi də çevrilərək arxada qaldı. Dönüb arxaya baxanda və yaşanmış illəri yada salanda heç bir peşmançılıq hissi ola bilməz. Əgər Vətənimiz Azərbaycanın coğrafi xəritəsini qarşımıza qoyub baxsaq və İbadulla müəllimin tələbəsi olan hər yerdə bir işıq yandırsaq, bu xəritə başdan-başa nura qərq olar. O, işıq saçan, nur paylayan, savad, bilik verən, insanlıq nümunəsi göstərən parlaq ziyalılarımızdandır. İbadulla müəllim paklıq, saflıq və səmimiyyət nümunəsidir. O, dostluqda da çox etibarlıdır. İbadulla müəllim ifrat dərəcədə sadə insandır. O qədər sadədir ki, hər adam onu başa düşə bilməz. Onu göründüyü kimi yox, olduğu kimi qəbul etmək lazımdır. O zaman bu alimin, müəllimin, insanın nəhəngliyini duymaq olar. İbadulla müəllim dünya ədəbiyyatının mükəmməl bilicisidir, klassiklərin əsərləri barədə çox yaxşı məlumata malikdir. O, yaddaşında təmiz, nurlu fikirlərlə bərabər, gözəl poeziya nümunələri də saxlayır. Danışarkən hər məqama uyğun fəlsəfi fikirlər, işıqlı və məlhəm sözlər, mənalı şeirlər seçə bilir. Bir sözlə, dərs dediyi auditoriyanı, çıxış etdiyi hər hansı bir məclisi dərhal ələ ala bilir.

İbadulla müəllim həm də, gözəl tarixçi, etnoqraf və filosofdur. Doğulduğu məmləkətin tarixini mükəmməl bilir və onu qarış-qarış gəzmişdir. O, dostluq, sədaqət, paklıq, saflıq, səmimiyyət, bir sözlə, böyük hərflərlə yazılan İNSANLIQ etalonudur.

İ.Ağayev bir alim kimi, dünyanın müxtəlif ölkələrində keçirilən elmi simpozium və konfranslarda dəfələrlə iştirak etmiş və Azərbaycanı ləyaqətlə təmsil etmişdir. O, öz sözünü lazımi məqamda deyə bilən cəsarətli, novator alimdir. Bütün qəlbi, ruhu ilə Vətəninə, xalqına bağlıdır.

Professor İbadulla Ağayev milli-mənəvi-mədəni dəyərlərimizi, adət-ənənələrimizi, poeziyamızı, musiqimizi – muğamımızı, aşıq musiqisini dərindən bilən, hərtərəfli istedada malik ziyalılarımızdandır. O, ana dilimizin incəliyinə, gözəlliyinə, dərinliyinə, zənginliyinə hakim olan alimlərimizdəndir. İstər öz peşəsinə dair, istərsə də incəsənətin ayrı-ayrı sahələrinə həsr olunmuş məruzələri, çıxışları həm məna və məzmunca, həm də dilimizin zənginliyi və gözəlliyi baxımından səlist, virtuoz ritorikası ilə dinləyicini ovsunlamaq, cəzb etmək qabiliyyətinə malikdir.

Göyçəlilərin əhatəsində böyümüş İbadulla müəllimin Göyçəyə və göyçəlilərə xüsüsi hörməti olmuş, uşaqlıqdan Aşıq Alıdan, Dədə Ələsgərdən xəbərdar olub, sonralar Zodlu Abdullaya üz tutmuş, Zodlu Abdullanın şerlərini toplayaraq kitab halına salmış, ona “Ön söz” yazaraq öz vəsaiti ilə çap etdirmişdir. 2024-cü ildə zodluların yaşadığı Göygöl rayonunda təqdimat mərasimini keçirmişdir.

Yaxından tanıdığım İbadulla müəllim dostluqda etibarlı, səmimi, sözü ilə əməli uyğun gələn, ər kişilərə məxsus mərd, dəyanətli xüsusiyyətlərə malik insandır. Onun mərhum dostumuz, 50-dən çox kitabın, məşhur “Ulu Göyçə” poemasının müəllifi, istedalı şair Eldar İsmayılla dostluğu hər kəsə nümunə ola biləcək örnəkdir. İbadulla müəllim Eldar İsmayılın yubileylərinin və yeni çapdan çıxmış bir çox kitablarının təqdimatının aparıcısı olmuşdur. Şairin “Sən məni aldada bilməzsən, dünya” kitabına “Ön sözü” də İbadulla müəllim yazmışdır.

İ.Ağayevin elmi və pedaqoji fəaliyyəti həmişə diqqət mərkəzində olmuş, lazımi dərəcədə qiymətləndirilmişdir. Belə ki, o, 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Əməkdar müəllim”, 2007-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adlarına layiq görülmüşdür. 2000-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının İ.P.Pavlov adına gümüş medalı ilə təltif olunmuşdur. O, həmçinin 1999-cu ildən Rusiya Təbiət Elmləri Akademiyasının, 2001-ci ildən isə Beynəlxalq Ekoenerji Akademiyasının üzvü seçilmişdir.

Sadə və təvazökar insan, yaxşı dost və məsləhətçi olan İbadulla müəllim ömrünün kamillik çağlarını şərəflə başa vuraraq aqillik dövrünə qədəm qoyur. Hazırda o, elmi fəaliyyətinin məhsuldar, pedoqoji ustalığın kamillik dövrünü yaşayır. Gələcəkdə onu Azərbaycan xalqının rifahı naminə tibb elmi və səhiyyəsinin inkişafı yolunda yeni-yeni işlər gözləyir.

Professor İbadulla Ağayev çoxşaxəli yaradıcılıq istedadına malik, geniş dünyagörüşlü elm adamı olaraq daim axtarışda olan ziyalılarımızdandır! 75 illik yubileyi münasibətilə tibb elmimizin fəxri, görkəmli alim, ziyalı dostumuz İbadulla Ağayevi təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Ələddin ALLAHVERDİYEV,
professor
Moskva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:304
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Mart 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hibrid savaş açan xarici qüvvələr də xurafat aşiqlərindən daha asan istifadə edə bilər”

03 Avqust 2026 17:43see665

Regionlarda kredit faizləri niyə yüksəkdir? Ekspert açıqladı

03 Avqust 2026 19:26see393

Ukrayna dronları Rusiyada “Wildberries”in iri logistika mərkəzini vurub

03 Avqust 2026 11:17see369

Azərbaycanda biznesmenlərin 3 milyonunu alan dəstəyə HÖKM OXUNDU

04 Avqust 2026 12:39see349

Yer kürəsindəki bütün insanlar eyni anda tullanarsa, nə baş verər?

04 Avqust 2026 05:05see333

5 ay əvvəl anasını itirmişdi... Daçnikdə batan Nizamın FOTOsu

03 Avqust 2026 17:28see306

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

03 Avqust 2026 21:56see292

Sabah Orhus u mübarizədən kənarlaşdırmağı bacarmasa...

03 Avqust 2026 16:36see268

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxartdı

03 Avqust 2026 23:24see260

Tələbə qızı dəm qazından boğulmuşdu 3 il sonra qəzada öldü

03 Avqust 2026 09:56see227

Baş redaktor: Elçinin Bayramlının həbsinin jurnalist fəaliyyəti ilə əlaqəsi yoxdur

03 Avqust 2026 11:18see227

İtaliya miqrantların yerləşdirilməsi üçün Ermənistanı nəzərdən keçirir KİV

04 Avqust 2026 18:03see191

İnanılmaz ikiüzlülük... Trampdan ŞOK paylaşım

04 Avqust 2026 02:21see190

Vəkil manipulyativ şəxsi dərhal susduran 3 ifadəni açıqladı

04 Avqust 2026 05:05see176

Silva: “Mourinyonun rəhbərliyi altında öyrənməyi səbirsizliklə gözləyirəm”

04 Avqust 2026 05:10see175

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

03 Avqust 2026 14:54see174

Nəriman Həsənzadənin Elçibəyə yazdığı şeiri üzə çıxdı

04 Avqust 2026 08:26see173

“Yuventus” müdafiəçi transfer edir

04 Avqust 2026 01:24see169

Əzələlərimiz yaşlanmanı necə idarə edir..?

03 Avqust 2026 21:33see164

“Neftçi” məşqləri bərpa etdi

04 Avqust 2026 00:52see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri