Icma.az
close
up
RU
Pediatrdan PEYVƏNDLƏR HAQQINDA vacib məlumat

Pediatrdan PEYVƏNDLƏR HAQQINDA vacib məlumat

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Uşaqlara peyvənd vurulması ilə bağlı illərdir bitmək bilməyən mübahisələr var.

Həkimlər peyvəndin nə qədər vacib olduğunu desələr də, uşağını peyvənd etdirməkdən imtina edən valideynlər çoxdur. Onlar inadla bildirir ki, peyvəndlərin xeyrindən çox zərəri var. Bəs əslində necədir? Peyvənd vurulan zaman uşaqlarda hansısa fəsad yaranırmı? Ailem.az peyvəndlərlə bağlı valideynləri ən çox maraqlandıran suallara pediatr Altay Abdullaoğlunun cavablarını təqdim edir.

Həkim deyir ki, peyvənd virus və mikrobların zəiflədilmiş, xəstəlik törətmə qabiliyyətləri əlindən alınmış formasının bizim bədənimizə yeridilməsidir: “Bunun nəticəsində bizim bədənimizin qoruma hüceyrələri bu törədicilər, infeksiyalar barədə bir məlumat əldə edirlər və onlardan qorunmaq üçün xüsusi silahlar yaradırlar. Hər hansı bir vaxtda uşaqlarımız, hətta böyük olduğu dönəmdə də bu xəstəliklə üzləşdiyi zaman xəstəliyin ya qarşısını alır, ya da yüngül keçirilməsinə səbəb olur. Bu baxımdan peyvənd çox əhəmiyyətlidir. Misal üçün, biz öz körpəmizə 3-4 doza Hepatit B peyvəndi vurdurduq. Bu peyvəndi vurdurduqdan sonra o, xəstəlikdən 90-95 faiz qoruyur. Təbii ki, bu, böyük bir nailiyyətdir. Bu baxımdan Hepatit B peyvəndinin vurulmasını tövsiyə edirik”.

A.Abdullaoğlu peyvəndlərin fəsad yaratması fikri ilə bağlı bildirir ki, heç bir həkim “peyvənddən sonra 100 faiz fəsad olmayacaq” sözünü deyə bilməz və bu, dünyanın hər bir yerində belədir: “Amma indiki texnologiya ilə hazırlanan peyvənddən sonra ciddi bir fəsad olma ehtimalı çox aşağıdır. Ortaya çıxan fəsad isə minimal olur. Hərarət, peyvənd yerinin qızarıqlığı, şişlik, halsızlıq kimi fəsadlar olur ki, bunlar da nadirən qarşımıza çıxır. Əksərən də qısa zaman çərçivəsində xüsusi bir müalicə tətbiq edilmədən aradan qalxır. Çox vaxt müəyyən xəstəliklərin hamısını peyvəndə aid edirlər. İsbat olunan fəsadlarımız çox azdır. Bir çox hallarda mənim gördüyüm odur ki, elmi olaraq bu fəsad peyvəndlə bağlı deyil. Sadəcə olaraq valideynlər bu fəsadları peyvəndə aid edir. Valideynlər soruşur ki, biz uşağımızı peyvənd etdirməsək nə olar? Çünki peyvəndlə bağlı 100 faiz təminat vermirsiniz, peyvənddən sonra az da olsa, fəsad ola bilər. Buna görə də körpəmizə peyvənd vurdurmayaq və bu fəsadlardan qoruyaq. Amma məsələ burasındadır ki, siz körpənizə bu peyvəndi vurdurmasanız belə, böyüdüyü zaman o xəstəliklərlə böyük ehtimalla qarşılaşacaqlar. Və qarşılaşdıqları zaman bu xəstəlikləri çox ağır keçirəcəklər, ciddi fəsadlar əmələ gələcək. Tibbi olaraq biz də o xəstəliklə qarşılaşdığımızda hər zaman xəstəmizi müalicə edə bilmirik. Ona görə də bu fəsadları ortadan qaldırıb minimuma endirmək üçün yenə də peyvənd vurulmasını məsləhət görürəm. Mən, əslində, hər zaman peyvəndi sığortaya bənzədirəm. Tutaq ki, sizin bahalı maşınınız var və sığortasız sürürsünüz. Mümkün deyil ki, həmin maşını illərlə sürəsiniz və heç bir qəza, fəsad olmaya. Mütləq hansısa problemlər ortaya çıxır. O zaman da insan düşünür ki, kaş mən maşınımı sığortalatdırardım. Bu baxımdan da sabahısı gün uşağınız böyüdüyü, xəstəliklər ortaya çıxdığı zaman insanlar deyir, kaş uşağıma peyvənd vurduraydım”

Həkim bildirir ki, valideynlər yayda peyvənd vurdurulması ilə bağlı da çox narahat olurlar. Onun sözlərinə görə, qışla yay arasında bir fərq yoxdur. Hər iki fəsildə də peyvənd cədvəlində vaxt gəldiyi zaman peyvənd vurulmalıdır: “Körpə doğulduğu zaman ona ilk peyvəndlər doğum evində vurulur. Sonra ikinci aydan etibarən vurulur və yay ayına təsadüf etsə belə, peyvəndlər etdirilməlidir. Belə bir fikir də var ki, peyvəndi uşaq böyüdükdən sonra, məsələn, 5 yaşından sonra vurdursunlar. Bu da yanlış fikirdir. Peyvəndlər vaxtlı-vaxtında cədvələ uyğun vurulmalıdır. Digər tərəfdən siz əminsinizmi ki, uşaqlar həmin yaşa gələnə qədər o xəstəliyə tutulmayacaq?”

Eyni gündə bir neçə peyvənd birdən vurula bilərmi sualını cavablandıran pediatrın sözlərinə görə, bu mümkündür: “Fəsad baxımından tək-tək vurulan peyvəndlə, eyni gündə vurulan peyvənd arasında heç bir fərq yoxdur. Valideynlər onu da soruşur ki, siz uşaqlara peyvənd vurulmasını məsləhət görürsünüz, bəs öz övladlarınıza peyvənd vurdurmusunuz? Mənim iki övladım var və onlara peyvənd vurdurmuşuq. Özümüzə rəva bilmədiyimizi sizlərə də məsləhət görmərik. Peyvənd barədə fərqli fikirlər, söz-söhbətlər mövcuddur. Amma bunların böyük əksəriyyətinin elmi əsası yoxdur. Hazırda elmin gəldiyi nəticə odur ki, peyvənd vurdurmaq lazımdır və onun faydası zərərindən qat-qat çoxdur”.  

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see335

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see297

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see288

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see287

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see279

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see273

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see269

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see259

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see248

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see238

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see236

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see231

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see227

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see211

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see210

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see202

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see200

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see189

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri