Icma.az
close
up
RU
Peyvəndlər lazımdırmı?

Peyvəndlər lazımdırmı?

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Uşaq infeksion xəstəlikləri çox təhlükəli olub, bəzi hallarda çox ağır keçərək əlilik və hətta ölümlə də nəticələnə bilərlər.

Uşaq infeksion xəstəliklərinin ən əsas profilaktik üsulu uzun illər ərzində vaksinasiya olub. Soruşa bilərsiniz - niyə "olub"? Məsələ ondadır ki, yaxın illər ərzində bir qrup valideynlərdə (əsasən KİV təsiri nəticəsində) belə bir fikir yaranıb ki, peyvəndlər böyük bir "bəladır" və uşağın sağlamlığı naminə onlardan mütləq imtina etmək lazımdır. Bu valideynlər (nəzərinizə çatdıraq ki, onların 99,9 % uşaqlıqda peyvənd olunublar və sağ salamatdırlar) yazılı surətdə peyvəndlərdən imtina edir və digər "ağılsız" valideynlərə bunu etməyi məsləhət görürlər. Peyvənd əleyhdarları belə bir dəlil gətirirlər ki, peyvənd uşağın əliliyinə və hətta ölümünə səbəb ola  bilər.

Biz heç bir halda valideynləri peyvənd etməyə və ya etməməyə məcbur etmirik. Hər bir valideyn özü onun uşağı üçün nəyinin yaxşı nəyinin isə pis olmağını düşünməlidir. Biz oxucularımıza sadəcə bir neçə fakt çatdırmaq istərdik. Nəticəni isə hər kəs özü çıxarmalıdır.

1. Beləliklə, peyvənd əleyhdarları israr edirlər ki, peyvəndlər uşaqların əliliyinə və hətta ölümünə səbəb ola bilər. Təəssüf ki, buna nadir hallarda olsa da, rast gəlmək olur. Lakin uşaqlar tək peyvəndlərdən yox - antibiotiklərə və s. dərmanlara olan ağır allergik reaksiyalardan da ölürlər. Və bu peyvəndlərlə müqayisədə daha tez-tez hallarda baş verir. Onda belə çıxır ki, bütün dərmanları də ləğv etmək lazımdır? Hər bir həkim sizə deyə bilər ki, dərmanların, demək olar, əksəriyyətinin istifadə edilməsi nadir hallarda olsa da ağır fəsadlar verə bilər. Bu fəsadların mümkün olub-olmadığını heç bir həkim qabaqcadan bilə bilməz. Bu dərmanların arasında, misal üçün, uşaq hərarətsalan dərmanlar da var. Belə ki, olduqca tez-tez istifadə olunan "panadol" uşaqda ürəkbulanma, qusma, qarın nahiyəsində ağrılar, dəridə səpgilər və qaşınma, Kvinke ödemi (fəsadlar - asfiksiya (nəfəs tutulması) və vaxtında tibbi yardım edilmədiyi halda - ölüm), anemiya (qanazlığı) və s. ağır fəsadlar verə bilər. Lakin buna baxmayaraq uşaqda hərarət qalxdıqda biz ilk növbədə məhz bu dərmandan istifadə edirik.

2. Həkimlərin hesablamalarına görə, peyvənddən olan ölüm ehtimalı 1:1 000 000 olduqda, məsələn, qızılcadan ölüm ehtimalı isə 1:1000-dir. Qızılca xəstəliyinə peyvənd olunmadığı vaxtlarda məhz bu xəstəlik uşaq infeksiyaları arasında ölüm və əliliyə (korluq, ciddi nevroloji xəstəliklər və s.) görə qorxunc 1-ci yer tuturdu. Hal-hazırda məhz vaksinasiya sayəsində milyonlarla uşaqlar sağ və sağlamdırlar.

Qızılca, difteriya, göyöskürək, tetanus - əfsanə deyil, bunlar real təhlükədir. İndiyə qədər bu infeksiyalar mövcuddur və hər zaman peyvənd olunmamış uşaq bu xəstəliklərə yoluxa bilər. Bu xəstəliklərin fəsadları (ölüm və əlillik) peyvəndlərin fəsadları ilə müqayisədə yüz və hətta min dəfələrlə çoxdur.

3. Müasir vaksinlər daha təhlükəsizdirlər və daha az hallarda fəsadlar verir. Belə ki, "diri" virus əsasında hazırlanan köhnə poliomielitə qarşı olan peyvəndin (damcılar şəklində) yerinə yeni "öldürülmüş" virus əsasında hazırlanan vaksin (inyeksiya şəklində) gəldi ki, nəticədə fəsadların ehtimalı, demək olar, heçə endi. Təəssüf ki, bu yeni vaksinləri hələ ki yalnız özəl klinikalar istifadə edir.

4. Peyvənddən sonra mümkün olan fəsadlarda peyvənd yox, uşaq orqanizminin xüsusiyyətləri və çox vaxt bu uşağa olan düzgün olmayan baxım "taqsırkardır". Həkimlərin fikirinə görə, peyvəndlərdən sonra mümkün ola bilən fəsadları minimuma çatdırmaq üçün bir neçə asan qaydalara əməl etmək lazımdır:

1. İlk növbədə peyvənd yalnız tam sağlam uşaq oluna bilər. Əgər uşaq vaksinasiyaya yaxın bir ay ərzində heç bir ciddi xəstəlik keçirməyibsə, vaksinasiya günü uşaqda hər hansı bir xəstəlik, zökəm, öskürək, səpgilər, hərarət, ishal, qəbizlik yoxdursa uşaq peyvənd oluna bilər. Lakin hər halda peyvənddən əvvəl uşaq mütləq həkim tərəfindən müayinə olunmalı və lazım olduqda sidik və qan analizlərini verməlidir.

2. Peyvənddən 1 gün əvvəl, peyvənd günü və peyvənddən 1 gün sonra uşağı həddən artıq yedizdirməyin. Bağırsaq nə qədər az yüklənərsə peyvənd də o qədər asan keçiriləcək. Peyvənddən 1 gün əvvəl, peyvənd günü və bir neçə gün sonra (1 həftəyə qədər) uşağa yüksək allergiya xüsusiyyətlərinə malik olan qida məhsulları (yumurta, balıq, sitrus meyvələri, qoz-fındıq, şokolad, konservləşdirilmiş məhsullar, yağlı bulyonlar və s.) vermək olmaz.

3. Peyvənd olunduqdan sonra uşağı infeksiyalara yoluxmaqdan qorumaq, bir müddət digər uşaqlar və böyüklərlə ünsiyyətini məhdudlaşdırmaq lazımdır. Bu məqsədlə uşaqları dükana, uşaq baxçasına, teatra və s. yerlərə aparmayın.

Bütün peyvəndlər üçün müəyyən əks-göstərişlər mövcuddur: əvvəlki peyvəndə qarşı güclü reaksiya və ya postvaksinal fəsadlar, ilkin immunodefisitlər, onkoloji, autoimmun, proqressivləşən sinir sistemi xəstəlikləri, allerqik xəstəliklər.

Valideynlər həkimdən peyvənddən sonra uşaqda baş verə biləcək reaksiyaları da öyrənməli və lazım olduqda dərhal həkimə müraciət etməlidirlər.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri