Icma.az
close
up
RU
Pedofilləri necə tanıyaq? Psixoloji portret

Pedofilləri necə tanıyaq? Psixoloji portret

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məlum olduğu kimi, Sabirabadda qonşuluqda yaşayan şəxsin azyaşlı uşağa qarşı törətdiyi pedofiliya xarakterli əməllər cəmiyyətdə dərin hiddət doğurub.

Hadisə sosial şəbəkələrdə geniş rezonans yaradaraq gündəm mövzusuna çevrilib. 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb, təqsirləndirilən şəxs barəsində isə cinayət işi başlanaraq barəsində həbs qətimkan tədbiri seçilib. 

Bəs, pedofiliya meyilləri olan şəxslərin psixoloji portreti necə olur? 

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin psixoloqu Samirə İsmayılova bildirib ki, pedofiliya uşaqlara qarşı edilən ən böyük haqsızlıqlardan biridir. Psixoloq qeyd edib ki, bu, uşaq yaşda olanlara zərər verən davranışlardır: 

“Pedofiliya təkcə bir insanın “nəzarətdən çıxmış istəkləri” deyil, həm də uşağın ruhunu, inamını və gələcəyini dağıdan ağır bir psixoloji zorakılıqdır. Pedofiliya  13 yaşdan kiçik uşaqlara qarşı cinsi maraq hiss edən və bu istəklərlə yaşayan insanların yaşadığı bir psixoloji problemdir. 

Bu insanlar çox vaxt uşaqla yaxınlıq quraraq onun güvənini qazanır, sonra isə bu güvəni istismar edirlər. Cəmiyyətdə çoxları düşünür ki, pedofillər yalnız tanımadığımız, təhlükəli görünən şəxslərdir. Amma əslində onlar ailə üzvləri, qonşular, müəllimlər, ya da uşağa yaxın olan istənilən şəxs ola bilər. Çünki pedofillər manipulyasiya etməyi, yəni uşağı aldatmağı, qorxutmağı və ya emosional yaxınlıqla aldatmağı yaxşı bacarırlar”. 

Samirə İsmayılova vurğulayıb ki, pedofiliya qurbanı olmuş uşaqların çoxu illərlə bu travmanın təsirindən çıxa bilmir: 

“Belə uşaqlarda tez-tez kabuslar və qorxular başlayır, özlərini günahkar hiss edirlər. Onlar böyüdükcə yaxınlıqdan və güvəndən uzaqlaşmağa başlayır, öz bədənlərindən utanma halları müşahidə olunur. 

Bu travmalar nəticəsində hətta uşaqda depressiya, təşviş və ya intihara meyil yarana bilir. Uşaq bəlkə də danışmır, amma bədən dili, baxışı, davranışları dəyişir. Bu dəyişiklikləri görmək və vaxtında müdaxilə etmək çox vacibdir”. 

Psixoloqun sözlərinə görə, belə cinayətlərin arxasında müxtəlif psixoloji səbəblər dayanır: 

“Belə ki, pedofiliyaya meyilli şəxslərin bir qismi özləri də uşaqlıqda zorakılığa məruz qalıblar. Onlarda empatiya hissləri zəifdir, yəni qarşısındakının nə hiss etdiyini anlamırlar. Bəzilərində antisosial xarakter xüsusiyyətləri müşahidə olunur. Bu da onlara insanlara zərər verməkdən çəkinməmək kimi davranışları aşılayır. 

Bundan əlavə, cinsi məzmunlu materiallara həddindən artıq baxmaq, uşaqları “zəif hədəf” kimi görmək də bu meyilləri gücləndirir. Pedofiliya meyilləri olan şəxslərin müalicəsi müəyyən hallarda mümkündür, lakin bu çox çətin və uzunmüddətli prosesdir. 

Müalicədə əsasən psixoloji terapiyalardan istifadə olunur, duyğuların idarə olunması üzərində işlənilir, zərərli istəklərin qarşısını alma yolları aşılanır. Bəzi hallarda isə dərman müalicəsi də tətbiq oluna bilər”. 

Samirə İsmayılova bildirib ki, pedofiliya ilə mübarizədə ən əsas yol isə bu cür davranışların baş verməsinin qarşısını almaqdır: 

“Ən effektiv yol isə profilaktik tədbirlərdir. Uşaqlarla açıq və yaşlarına uyğun dildə danışmaq lazımdır. Onlara “xeyirli toxunuş” və “pis toxunuş” anlayışları izah olunmalıdır. Valideynlər, müəllimlər və psixoloqlar uşaqlardakı dəyişiklikləri müşahidə etməlidir. 

Əgər uşaq qəribə, qorxmuş, narahat davranırsa, bu siqnalı ciddi qəbul etmək lazımdır. Şübhəli hallarda dərhal polisə və ya uşaq hüquqlarını qoruyan təşkilatlara məlumat verilməlidir. Uşaq olmaq  qorunmaq deməkdir.

Onların səsi çox zaman zəif çıxır, bəzən isə heç çıxmır. Amma biz böyük olaraq onları eşitməli, qorumağı öhdəmizə götürməliyik. Pedofiliya cəzasız qaldıqca yayılır. Amma biz cəmiyyət olaraq birləşsək, uşaqlar üçün təhlükəsiz və xoşbəxt bir gələcək qura bilərik”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Avqust 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri