Icma.az
close
up
RU
Pekin paradı: sülhə yaxınlaşdırma, nüvə ritorikasının bitirilməsi üçün şans

Pekin paradı: sülhə yaxınlaşdırma, nüvə ritorikasının bitirilməsi üçün şans

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Çin nüvə komponentinin təhlükəsizliyin təminatı kimi təqdimatını legitimləşdirdi

Sentyabrın 3-də Çinin paytaxtı Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilib. 50 mindən artıq tamaşaçının izlədiyi paradda Çinin Xalq Azadlıq Ordusunun 10 mindən çox əsgəri Tiananmen meydanından keçib - paradda yüzlərlə hərbi maşın və təyyarə nümayiş olunub. Tarixinin ən genişmiqyaslı paradını keçirən tədbirdə ən son silah sistemləri, o cümlədən nüvə raketləri, tanklar və dronlar tamaşaçıların izləməsi üçün meydandan keçib.

Müharibə və ya sülh, dialoq və ya qarşıdurma...

Paradı çıxış nitqi ilə açan Çin Xalq Respublikasının Sədri Si Cinpin dünyanı sülhə çağırıb və yeni təhlükələr barədə xəbərdarlıqlar səsləndirib. O, Çin xalqının qarşısıalınmaz dirçəlişi, gələcək sülh və bəşəriyyətin inkişafı işinin təntənəsi haqqında danışıb: “Bu gün bəşəriyyət növbəti dəfə müharibə və ya sülh, dialoq və ya qarşıdurma, hər kəs üçün qalibiyyət və ya nəticəsizlik seçimi qarşısında dayanıb”.

Çin lideri ölkəsinin tarixin doğru tərəfində möhkəm dayanacağını bildirib. O qeyd edib ki, Çin dinc inkişaf yoluna sadiq qalacaq və digər xalqlarla ortaq gələcəyi olan birlik quracaq. O, əlavə edib ki, Xalq Azadlıq Ordusu suverenlik və ərazi bütövlüyünü təmin etmək, dünyada sülhə və təhlükəsizliyə daha böyük töhfələr vermək üçün dünya səviyyəli hərbi qüvvəyə çevrilməlidir. Si Cinpin həmçinin Çin xalqına təcavüzə qarşı müqavimət göstərən və onlara kömək edən xarici dövlətlərə və dostlara təşəkkür edib.

Qeyd edək ki, paradda ümumilikdə 20-dən çox dövlət və hökumət başçısı iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fəxri qonaq kimi paradı izləyiblər.

Çoxdomenli inteqrasiyanın açıq nümayişi...

Bu parad hazırkı qarışıq, kataklizmlərin və qarşıdurmaların, siyasi çəkişmələrin “boy göstərdiyi” zamanda bir sıra məqamları ilə yadda qaldı. İlk olaraq paradın Çin tarixində ən genişmiqyaslı olması faktı diqqəti cəlb edir - Paradın miqyası müasir hərbi texnikaların sayı və ən yeni texnologiyaya əsaslanan silahların rəngarəngliyinə görə seçilirdi. Quru, dəniz, hava, kiber və radio-elektron mübarizə bölmələri eyni kompozisiyada paradda tamaşaçıların izlənməsinə təqdim olunurdu - bu isə, həm də nümayişin məntiqinə yeni bir ahəng qatırdı. Təqdimat səhnəsində hipersəs platformaları, dənizaltı və suüstü PUA-lar, yönləndirilmiş enerjili (lazer) sistemlər, yeni nəsil HHM kompleksləri və əməliyyat-taktiki raketlər yer aldı. Bu isə Si Cinpinin açılışdakı “dünya bu gün sülh və müharibə arasında seçim qarşısındadır” məntiqinə izahlı bir cavab idi. Bu, dünyanı ədavət, müharibə və döyüşə sürükləyənlərə siyasi mesaj idi.

Bu paradın “ilk”ləri sırasında iki cəhət daha çox önə çıxır:

- Hərbi texnologiyanın çoxdomenli inteqrasiyasının açıq nümayişi;

- Kütləvi auditoriya üçün nəzərdə tutulmuş deterens (çəkindirmə) mesajı. Hətta bəzi qlobal xəbər agentlikləri, məsələn “Reuters” öz təhlilində paradı həm regiondaxili rəqabətə, həm də qlobal aktorlara ünvanlanan siqnal kimi qiymətləndirib.

Ən yeni texnologiyalar: ekvatorun yarısı qədər uçan raketlər..

Paradda diqqət çəkən ən maraqlı məqamlardan biri də Çinin tarixində ilk dəfə hərbi paradda nüvə başlıqlarını nümayiş etdirməsi idi. Pekində tam “nüvə triadası” - quru, dəniz və havadan buraxılma imkanında olan raketlər bütöv paket halında nümayiş olundu. Səhnədə:

- silo-bazalı DF-5C İCBM (MIRV qabiliyyəti ilə): Şərq Küləyi ləqəbli ikinci nəsil iki mərhələli Çin qitələrarası ballistik raketi. Uzunluğu 32,6 m, diametri 3,35 m-dir. Raket ekvatorun yarısı qədər, 20 min km-ə qədər uçuş məsafəsinə malikdir;

- yeni yol-mobil DF-61 (DF-41 xəttinin davamçısı kimi): Çinin bir sıra orta mənzilli və qitələrarası ballistik raketlər toplusudur. “Dongfeng” adı şısaldılmış şəkildə “DF” olaraq yazılır. Üçmərhələli bərk yanacaqla işləyən ICBM Dongfeng-41 4000-14000 km məsafədə hər biri 1 meqaton olmaqla 10-12 çoxlu döyüş başlığı daşıya bilir. Rəhbərlik sistemi Compass və Beidou peyk naviqasiya sistemlərindən istifadə edərək inertialdır.

- dəniz komponentində JL-3 silsiləsi və hava buraxılışı üçün yeni platformalar: JL-3 raketi Çinin strateji nüvə qüvvələrinin bir hissəsi olan Çin dənizindən buraxılan qitələrarası ballistik raketdir (ICBM). O JL-2 raketinin təkamülüdür və yüksək manevr qabiliyyətinə malik çoxsaylı döyüş başlıqları (MIRV) ilə təchiz edilib. Əsas istiıfadə subyekti sualti qayıqlardır.

Beləliklə, nümaytiş “tam triada” mahiyyəti daşıdı və Çinin strateji hərbi gücünü nümayiş etdirdi. Bundan başqa, paradda hipersəs silahları, dənizaltı dronlar və yönləndirilmiş enerjili sistemlər (anti-PUA lazer kompleksləri və yüksək güclü mikrodalğa vasitələri) kimi qeyri-nüvə texnologiyalarını da görmək mümkün oldu.

Pekin seçim təqdim edir - sülh, yoxsa...

Triadanın real məqsədi

Qeyd edək ki, bir çox siyasi şərhçilər Çinin nüvə triadasını nümayiş etdirməsini heç də “əzələ nümayişi” saymır - bildirilir ki, bu, bir növ sülhə yaxınlaşdırma, hətta nüvə ritorikasının bitirilməsi üçün şans kimi dəyərləndirilməlidir. Son illər qlobal gündəmdə nüvə ritorikasının artması (xüsusən Rusiya ilə Qərb arasında) fonunda Pekinin triadanı açıq göstərməsi ikiqat mahiyyət daşıyır: bir tərəfdən, bu, sərt çəkindirmə siqnalıdır; digər tərəfdən, Çin bunu “müharibəyə yox, sülhə seçim” ritorikası ilə təqdim edir. Si Cinpinin “sülh və ya müharibə” tezisi paraddakı nüvə komponentinin kommunikativ dizaynını - yəni təhlükəsizliyin təminatı kimi təqdimatını legitimləşdirir.

Pekin auditoriyaya faktiki olaraq iki seçim göstərir:

- bloklararası eskalasiya (silahlanma yarışına köhnə yanaşma);

-“idarə olunan çəkindirmə + dialoq” modelinə keçid.

Birinci seçim təbii ki, riskləri artırır və qəbuledilməzdir. Çinin təqdim etdiyi isə normativ mesajdır: nüvə gücü “istifadə” üçün deyil, “istifadə edilməməsi üçün”dur. Bu, preventiv sabitlik üçün açardır. Paradın vizual dramaturgiyası da bunu dəstəkləyir: triada ilə yanaşı kiber-elektron bölmələrin və hava-kosmik HHM aparatlarının nümayişi eskalasiyanın idarəolunanlığını ortaya qoyur.

Parad eyni zamanda yeni nizamın inkişaf düsturunu ortaya qoyur - Pekin Qlobal Cənub” koordinasiyasında vizual strateji yol xəritəsini cızır. Bu, Çinin təkcə güc vitrini deyil, həm də qlobal proseslərdə tənzimləyici rolunun təsdiqidir. Çin daxili diskursda “Bir kəmər, bir yol” çərçivəsində Avrasiya boyunca sabitləşdirici tranzit konsepsiyasını irəli sürür. 3 sentyabr mesajı həmin konsepsiyanın təhlükəsizlik sütununu ictimailəşdirdi.

Çin-Azərbaycan münasibətlərində qızıl xətt: ticarət-logistika sabitliyi = təhlükəsizlik sabitliyi

ŞƏT-in Zirvə sammiti də daxil olmaqla Azərbaycan-Çin münasibətlərinin üstün koordinatlarla inkişaf etməsi bütün rakurslardan təqdim və müşahidə olundu. Dövlətlərin ŞƏT çərçivəsində ortaya qoyduğu mövqedən də aydın oldu ki, Bakı-Pekin əməkdaşlığının ideya nüvəsi münaqişələrin dialoq, sülh və əməkdaşlıqla həlli prinsipidir. Bu prinsip, Avrasiya logistikası kontekstində Orta Dəhlizin etibarlı, sürətli və şaxələnmiş marşrut kimi inkişafı ilə tamamlanır. Son aylarda rəsmi sənədlər və bəyanatlarda Çin tərəfi Orta Dəhlizin inkişafını açıq şəkildə dəstəklədiyini, Bakı ilə bu xətt üzrə əməkdaşlığı dərinləşdirdiyini vurğulayıb.

Prezident İlham Əliyevin Zəngəzur dəhlizi (TRİPP) barədə son çıxışlarında dəhlizi Orta Dəhlizin ən mühüm seqmentlərindən biri adlandırması, region ölkələri və bütün qonşular üçün fayda gətirəcəyi, Çin-Avropa xəttində əlavə dayanıqlıq yaradacağı tezisləri xüsusi əhəmiyyət daşıyır. Paradın sabitlik və çəkindirmə mesajı bu cür çoxtərəfli nəqliyyat layihələrinin təhlükəsizlik paradiqması ilə uzlaşır - Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra regionda yaratdığı yeni reallıqların fonunda risklərin azaldılması, təchizat zəncirlərinin şaxələndirilməsi müşahidə olunur. Paradda nümayiş olunan triada, yüksək dəqiqlikli qeyri-nüvə zərbə vasitələri və HHM-KOSMOS texnologiyalarının təqdimatı Pekinin “ticarət-logistika sabitliyi = təhlükəsizlik sabitliyi” düsturunun sərt komponenti kimi önə çıxır. Bu isə, bu logistika üzərində ən mühüm geostrateji məkanlardan olan Azərbaycan üçün praktiki nəticələr formalaşdırır:

Geoiqtisadi nəticə: Orta Dəhlizdə tranzit həcmlərinin artımı (2024-də bu göstərici olduqca yüksək göstəriciyə çatıb). Ələt limanı kimi vacib bir iqtisadi layihə Çinin prioritetləri ilə səsləşir.

Geosiyasi nəticə: Bakı-Pekin xəttində sabitlik mesajı Zəngəzur dəhlizi (TRİPP) daxil olmaqla regiondakı yol-kommunikasiya açılımlarını daha da effektləşdirəcək və hətta sülh gündəmini gücləndirəcək.

“Sülh üçün çəkindirmə” modeli

Nəticə etibarı ilə, Pekin paradı güc nümayişi statusu daşımır - bu, əslində strateji kommunikasiya aktıdır: Çin “sülh üçün çəkindirmə” modelini reklam edir. Bu isə Azərbaycanla təhlükəsizlik baxışlarının uyğunluğu - dialoq, əməkdaşlıq və logistikanın sabitləşdirilməsi baxımından həm Orta Dəhliz, həm də Zəngəzur daxil olmaqla, regional layihələrə strateji dayanıqlıq qazandırır.

Pərviz SADAYOĞLU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Sentyabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see241

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see169

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see167

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see145

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see132

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see131

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see126

İp qırıldı: İsrail helikopteri yerə çırpıldı

16 Yanvar 2026 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri