Icma.az
close
up
RU
Rusiya üçün son şans

Rusiya üçün son şans

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Bu gecə nə baş verəcək?

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın Ukrayna ilə sülh razılaşmasının əldə edilməsi üçün Rusiyaya verdiyi 10 günlük möhlət bu gecə saat 24: 00-dan etibarən bitir. Artıq ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Moskvaya gəlib. Onun bu səfəri Rusiya rəsmiləri ilə kritik danışıqlar aparmaq məqsədi daşıyır. Vnukovo hava limanında Stiv Uitkoffu Rusiya İnvestisiya Fondunun rəhbəri və Rusiya Prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.

50 günlük müddət niyə 10 günə endirildi?

D.Tramp uzanan və hər iki tərəfi böyük itkilərə məruz qoyan Rusiya-Ukrayna müharibəsini bitirəcəyinin anonsunu hələ seçkiqabağı dönəmdə etmişdi. O hətta aşırı səviyyədə nikbin danışaraq “özünün yox, Baydenin başlatdığı müharibəni” ən qısa müddətdə bitirməyə nail olacağını bildirirdi.  Ancaq onun prezidentliyinin ilk 100 günündə bu vədin yerinə yetirilməsi alınmadı.  Eyni zamanda, Rusiya prezidenti V.Putunlə bir neçə dəfə baş tutan telefon danışığı da nəticə vermədi. Ukrayna və Rusiya rəsmilərinin Türkiyədə keçir?lən görüşlərində əldə olunan ən böyük uğur isə əsirlərin və meyi?lərin mübadiləsinin razılaşdırılmasıdır.

Belə olanda D.Tramp Rusiyaya münasibətdə “yumşaq güc” taktikasını dəyişərək sərt ritorikaya keçid etdi. O, sosial şəbəkə hesablarındakı paylaşımlarında, müxtəlif səviyyələrdə keçirilən görüşlərdə, müsahibələrində Putinlə danışmağın mənasız olduğunu açıq şəkildə etiraf edib. Dəyişən situasiyada D.Tramp Rusiyanı təzyiq yolu ilə sülhə məcburetmə taktikasını işə salıb. “Mən artıq danışıqlarla maraqlanmıram”, - deyə Tramp Putinə ünvanladığı sərt açıqlamasında bildirib. Onun sözlərinə görə, Rusiya prezidenti ilə dəfələrlə danışmasına baxmayaraq, Ukraynaya hücumlar davam edir və bu, artıq “kifayətdir”.

D.Trampın Moskvanı sülhə məcburetmə taktikasının məzmunu Rusiyaya və onun ən böyük ticarət tərəfdaşlarına yüksək gömrük rüsumlarının tətbiqini, sanksiyaların əhatə dairəsinin genişləndirlməsini, həmçinin Ukraynaya hərtərəfli dəstəyin artırılmasını özündə ehtiva edir. Əvvəlcə D.Tramp Rusiyanı yola gətirmək üçün geniş “səxavətlilik” göstərərək bu ölkəyə 50 gün vaxt tanıdığını bəyan etmişdi. Ancaq onun məlum bəyanatından sonra Rusiya Ukraynaya hücumlarının miqyasını daha da genişləndirdi, yeni ərazilər ələ keçirdi ki, bütün bunlar da Kiyevdə, Avropa İttifaqında (Aİ) və bütövlükdə Qərb blokunda ciddi narazılıqlar və narahatlıqlar yaratdı. Buna görə də Ağ Evdə Trampa Rusiyaya verilən müddətin azaldılması ilə bağlı təzyiqlər artdı. Elə Trampın özü Rusiyanın Ukraynaya hücumların miqyasını artırmasının fərqində idi. 50 günlük möhlət Rusiyaya geniş imkanlar açırdı. 50 günün sonunda yeni ərazi itkilərinə məruz qalan Ukrayna sülh masasında oturmaq üçün daha ağır şərtlərlə üzləşə bilərdi. Rusiya böyük üstünlüklərlə açıq-aşkar favoritə çevriləcəkdi. Bu kimi reallıqları nəzərə alan Tramp 50 günlük möhlətin 10 günə endi??lməsi ilə bağlı qəti qərara gəlib. ABŞ prezidenti Şotlandiyadan ölkəsinə  qayıdarkən təyyarədə mətbuat mənsublarının bu xüsusda suallarını cavablandırıb və qərarını bəyan edib. “Bu gündən etibarən Rusiyaya 10 gün vaxt verirəm. Sonra tariflər və buna bənzər şeylər tətbiq edəcəyik. Bunun Rusiyaya təsir edib-etməyəcəyini bilmirəm. Aydındır ki, Rusiya prezidenti Vladimir Putin müharibəni davam etdirmək istəyir, amma biz tariflər tətbiq edəcəyik”, - deyə ABŞ prezidenti vurğulayıb.

Tramp iki ölkə arasında ən qısa zamanda sülh razılaşmasının əldə olunmasını istədiyini, lakin Rusiyanın bu istiqamətdə heç bir səy göstərmədiyini düşündüyünü bildirib. Tramp “Ayıbdır” deyərək, Putindən heç bir cavab almadığını diqqətə çatdırıb.

Moskva görüşündən sonra kritik qərar veriləcək

Artıq nəzərlər Moskvaya dikilib. ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun Rusiya paytaxtında ən yüksək səviyyədə görüşlərə qatılıb müzakirələr aparacağı ehtimal olunur. Tramp Moskvada  keçiriləcək görüşdən sonra Rusiya neftindən istifadə edən ölkələrə əlavə tariflər tətbiq edib-etməyəcəyini nəzərdən keçirəcək. Bu barədə o, jurnalistlərə açıqlamasında deyib. “Rusiya ilə görüşümüz var. Nə baş verdiyini görəcəyik. Qərarı da o zaman verəcəyik”, - deyə ABŞ prezidenti bildirib.

Qeyd edək ki, Tramp daha əvvəl Rusiyadan neft alan ölkələrə rüsumla yanaşı, ikinci dərəcəli tarif tətbiq edəcəyini bildirib. Bu isə Çindən və Hindistandan idxal olunan mallar üçün vergilərin məbləğini kəskin şəkildə artıra bilər.

Bundan başqa, Tramp administrasiyası Putinin cümə gününə qədər Ukraynada hərbi əməliyyatları dayandırmağa razı olmadığı təqdirdə Rusiya tankerlərinin “kölgə donanması”na qarşı yeni sanksiyaların tətbiqi imkanını nəzərdən keçirir. Söhbət Trampın yanvarda hakimiyyətə qayıtmasından sonra ABŞ-?n Rusiyaya qarşı sanksiyalarının ilk potensial genişləndirilməsindən gedir. Xüsusilə, Qərbin neft ixracına qoyulan məhdudiyyətlərindən yan keçmək üçün Moskvanın istifadə etdiyi gəmilərin qara siyahısı müzakirə edilir. “Kpler” analitikasına görə, siyahılara 115 tanker əlavə edildikdən sonra onların nəql etdiyi Rusiya neftinin həcmi təxminən 4 dəfə - ayda 48 milyon bareldən 13 milyona qədər azalıb.

Rusiya neftinin alış qiymətinin məcburi qaydada aşağı salınması da gündəmdə olan məsələdir. Dünyada neft qiymətlərinin 1 barel üçün daha 10 dollar aşağı düşməsi Rusiyanı Ukraynada döyüş əməliyyatlarını dayandırmağa məcbur edə bilər. Bu barədə Tramp “CNBC News” telekanalına müsahibəsində bildirib. “Əgər neft 1 barel üçün daha 10 dollar ucuzlaşsa, onun (Rusiya prezidenti Vladimir Putinin - red.) seçimi qalmayacaq. İqtisadiyyat artıq ağır vəziyyətdədir”, - deyə Tramp vurğulayıb.

Tramp, Rusiya neftini aldığı üçün növbəti 24 saat ərzində Hindistana qarşı rüsumları əhəmiyyətli dərəcədə artırmaq niyyətində olduğunu bəyan edib: “Biz 25 faizdə dayandıq. Amma düşünürəm ki, növbəti 24 saat ərzində onları əhəmiyyətli dərəcədə artıracağam, çünki onlar Rusiya neftini alırlar”.

Hindistan və Çin necə davranacaq?

Rusiya neftini idxal edən ölkələr sırasında Hindistan və Çin ön sıralarda dayanırlar.  Dehli Rusiyadan aşağı qiymətlə aldlığı neftin bir hissəsini emal sənayesinə yönəldir, digər hissəsini isə xarici bazarlarda sataraq gəlir qazanır. Bu ölkə 2024-cü ildə Rusiyadan 64 milyard dollar dəyərində 87,5 milyon ton xam neft, 5,1 milyon ton isə neft məhsulu idxal edib. Rusiya neftinin davamlı idxalı cari ildə də həyata keçirlib və bu yay mövsümündə Rusiyadan gündəlik idxal həcmləri 1,5 milyon bareldən yuxarı səviyyədə saxlanılıb. Hindistan rəsmiləri Rusiyadan xam neft idxalını ölkənin enerji təhlükəsizliyi və qlobal neft bazarlarında qiymətlərin sabit və əlçatanlığı ilə əlaqələndirməyə çalışırlar. Buna baxmayaraq, Hindistan ABŞ və Avropanın davamlı təzyiqlərinə görə Rusiyadan xam neft idxalını sonlandıra bilər. Bununla bağlı Hindistanın neft naziri Hardip Sinqx Puru bəyan edib ki, ölkəsi uzun müddətdir neft tədarükünü şaxələndirərək, təchizatçı ölkələrin sayını 27-dən 40-a çatdırıb. Ekspertlərin qənaətinə görə, nazirin bu açıqlaması Dehlinin, necə deyərlər, iz azdırmaq planı da ola bilər. Hər halda yaxın günlərdə hər şey aydınlaşacaq.

Çinə gəldikdə isə vəziyyət fərqlidir.  Moskva ilə Pekin arasında enerji sektorunda qarşılıqlı faydalı münasibətləri nəzərə alaraq, Çinin Rusiyadan neft tədarükünü dayandırması  mümkün görünmür. Şanxay Sosial Elmlər Akademiyasının Rusiya və Mərkəzi Asiya üzrə mütəxəssisi Li Lifan hesab edir ki, ABŞ hazırda Çin və Rusiya arasında siyasi və iqtisadi münasibətləri poza bilməz. İki ölkənin liderləri Şanxay Əməkdaşlıq Təşkilatının Tyansində keçiriləcək sammitində və sentyabrda Çində keçiriləcək Qələbə paradında görüşəcəklər. Onun fikrincə, Çin və Rusiya nefti öz valyutalarında ticarət edə bilərlər ki, bu da ABŞ-?n ikinci dərəcəli sanksiyalarından yan keçməyə kömək göstərəcək.

Moskva öz ssenarisi üzrə hərəkət edir

50 günlük möhlətin 10 günə endir?lməsi Moskvanın Kiyevə təzyiqini azaltmayıb, əksinə, aqressiyasını daha da gücləndirib. Rusiya qısa müddətdə hücumların miqyasını artırmaqla, arsenalındakı daha dəhşətli silahları işə salmaqla öz dişini göstərmək və üstün mövqedə olduğunu nümayiş etdirmək istəyir. Trampın məlum bəyanatından dərhal sonra - iyulun 31-də Rusiya 300-dən çox zərbə dronu və 8 raketlə Ukraynaya hava hücumu edib. Əsas hədəf isə paytaxt Kiyev olub. Şəhərdə yaşayış evlərinə, inzibati binalara və infrastruktura ciddi ziyan dəyib. Burada həlak olanların sayı 28 nəfərə çatıb. Avqustun 1-i Kiyevdə matəm günü elan edilib.

Avqustun 5-nə keçən gecə Rusiya ballistik raketlər və əksəriyyəti İranın “Şahed” PUA-ları olan əlliyə yaxın pilotsuz uçuş aparatından istifadə etməklə Ukraynaya kütləvi hücum həyata keçirib. Ən çox ciddi zərər çəkən Xarkov vilayətinin Lozovaya şəhərində mülki infrastruktur obyektlərinə, xüsusən də dəmir yolu, depo və stansiyaya 25-dən çox kamikadze PUA zərbəsi qeydə alınıb. Hücum nəticəsində 1 nəfər ölüb, ikisi uşaq olmaqla daha 10 nəfər yaralanıb. Zaporojye, Odessa və Sumı vilayətləri də atəşə tutulub. Rusiya qoşunları Zaporojye vilayətinin Belenkoye kəndində FPV pilotsuz uçan aparatlarından istifadə ediblər, nəticədə iki yerli sakin yaralanıb.

Rusiya müxtəlif ölkələri onunla ticarət əlaqələrini dayandırmağa məcbur etmək cəhdlərini qanunsuz hesab edir.  Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, hər kəs ticarət tərəfdaşlarını sərbəst seçmək hüququna malik olmalıdır. “Biz faktiki olaraq təhdid təşkil edən, eləcə də ölkələri Rusiya ilə ticarət əlaqələrini dayandırmağa məcbur etmək cəhdləri olan çoxsaylı bəyanatlar eşidirik. Belə bəyanatları qanuni hesab etmirik”, -  deyə Peskov bildirib.

Əlbəttə, Moskva görüşündə Rusiyanın Trampın qəzəbini yumşaltmaq üçün müəyyən güzəşt jestləri edəcəyi də istisna olunmur. Kremldən sızdır?lan məlumatlara görə, Moskva  Trampın Rusiya - Ukrayna müharibəsini bitirmək cəhdləri ilə bağlı ona güzəştlərin bir neçə variantını nəzərdən keçirir. Bununla bağlı “Bloomberg” adı açıqlanmayan mənbəyə istinadən məqalə hazırlayıb. Moskvanın yanaşmasına diqqət çəkilən məqalədə oxuyuruq: “Mümkün təkliflərdən biri deskalasiya jesti kimi pilotsuz təyyarələr və raketlərdən istifadə etməklə hava zərbələrinin dayandırılması ola bilər - bir şərtlə ki, Ukrayna da sazişi imzalasın”. 

“Bloomberg”in mənbələri hesab edir ki, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun Moskvaya səfərinin uğur şansları cüzi olsa belə, Trampla razılaşma üçün son şans kimi dəyərləndirlir.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Avqust 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see235

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see225

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see166

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see142

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see125

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see116

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see114

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see112

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see112

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see111

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see111

Ukrayna Energetika Nazirliyi Rusiyanın Azərbaycan qazını tədarük edən GTS obyektinə hücumu barədə məlumat verib

06 Avqust 2025 16:16see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri