Icma.az
close
up
RU
Pekində Çin, İran və Rusiyanın İranın nüvə məsələsi üzrə görüşü keçiriləcək

Pekində Çin, İran və Rusiyanın İranın nüvə məsələsi üzrə görüşü keçiriləcək

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Martın 14-də Çin hakimiyyəti İranın nüvə problemi ilə bağlı Çin, Rusiya və İranın iştirakı ilə üçtərəfli görüş keçirəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.

“Martın 14-də Pekində Çin, Rusiya Federasiyası və İranın iştirakı ilə İranın nüvə problemi ilə bağlı iclas keçiriləcək, iclasa Çinin xarici işlər nazirinin müavini Ma Çaosu sədrlik edəcək”, - deyə o, brifinqdə qeyd edib.

Mao Ninqin sözlərinə görə, İran məsələsi ilə yanaşı, tərəflər “qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə edəcəklər”.

Çin diplomatının qeyd etdiyi kimi, Rusiya Federasiyasını iclasda xarici işlər nazirinin müavini Sergey Ryabkov təmsil edəcək. Tehranı isə Xarici işlər nazirinin müavini Kazem Qəribabadi təmsil edəcək.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqayinin verdiyi məlumata görə, danışıqlarda həmçinin Qərbin İslam Respublikasına qarşı sanksiyalarının ləğvi yolları, Tehran, Moskva və Pekin arasında BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq müzakirə olunacaq.

Martın 7-də ABŞ prezidenti Donald Tramp bildirib ki, o, İranın ali dini lideri Ayətullah Əli Xameneiyə Tehranın nüvə proqramı ilə bağlı danışıqları təklif edən mesaj göndərib. İran lideri Amerika liderinin bəyanatını şərh edərkən qeyd edib ki, İslam Respublikası ABŞ-la danışıqlara getməyəcək, çünki Vaşinqton yalnız öz maraqlarını düşünür.

Birgə Hərtərəfli Fəaliyyət Planı 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının daimi "beşliyi" və Almaniya tərəfindən İranın nüvə inkişafı ilə bağlı böhranı aradan qaldırmaq üçün imzalanıb. 2018-ci ildə Tramp ilk prezidentlik müddətində sazişdən çıxıb və nüvə sazişinin şərtlərinə əsasən ləğv edilmiş bütün anti-İran sanksiyalarını bərpa edilib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Mart 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see502

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see221

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see208

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see198

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see195

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see176

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see173

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see171

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see155

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see154

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see151

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see149

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see143

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri