Icma.az
close
up
RU
Pekində Çin Azərbaycan Gənclər Forumu keçiriləcək

Pekində Çin Azərbaycan Gənclər Forumu keçiriləcək

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Pekin, 13 may, AZƏRTAC

Pekin Xarici Dillər Universitetində (PXDU) “Birinci Çin-Azərbaycan Gənclər Forumu: Yüksəksəviyyəli tərcümə və mədəniyyətlərarası ünsiyyət seminarı” keçiriləcək.

Forumun sədri, PXDU Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, qədim mədəni bağlara malik Azərbaycan ilə Çin arasında hərtərəfli münasibətlər ölkə rəhbərlərinin müəyyən etdiyi strateji yolla sürətlə inkişaf etməkdədir. Keçən ilin iyul və cari ilin aprelində imzalanmış strateji tərəfdaşlıq bəyanatlarında təhsil və elmi əlaqələrə, eləcə də Azərbaycan və Çin dillərinin tədrisinə xüsusi yer ayrılır. Bəyanatların ruhuna uyğun olaraq Azərbaycan dilinin ixtisas kimi tədris olunduğu PXDU-da bu forumun keçirilməsi nəzərdə tutulub. PXDU Asiya fakültəsi Azərbaycan dili kafedrasının təşkilatçılığı ilə iyunda keçiriləcək forum iki dost ölkənin gəncləri arasında dialoqa töhfə verməklə bərabər, ümumilikdə mədəniyyətlərarası dialoqun intensivləşməsinə yardım edəcək.

A.Əliyev əlavə edib ki, Çincə-Azərbaycanca yüksəksəviyyəli tərcümə təlimləri gənclərin dil biliklərinin təkmilləşməsinə, qarşılıqlı tərcümə layihələrinin keyfiyyətlə həyata keçirilməsinə zəmin yaradacaq. Çində azərbaycanlı tələbələrin sayı artır, onların əksəriyyəti təhsilini Çin dilində alır. Çində Azərbaycan dili ixtisası gənc olsa da, dilimizə maraq durmadan artmaqdadır. Forum çərçivəsində Çinin tanınmış alimlərinin keçəcəyi seminarlardan başqa, gənclər məşhur tərcüməçilərlə birbaşa ünsiyyət qurmaq və mədəniyyətlərarası ünsiyyət barədə öz araşdırmalarını təqdim etmək imkanı qazanacaqlar.

Qeyd edək ki, Çinin ən nüfuzlu ali təhsil ocaqlarından sayılan, 101 xarici dilin tədris olunduğu Pekin Xarici Dillər Universitetində Azərbaycan dili kafedrası 2016-cı ildə yaradılıb. İlkin mərhələdə Azərbaycan dili üçüncü dil kimi tədris olunsa da, Çin Təhsil Nazirliyinin qərarına əsasən, 2018-ci ildən ali təhsil ocağında Azərbaycan dili ixtisas kimi tədris olunur.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see311

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see308

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see306

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see305

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see296

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see291

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see287

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see262

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see258

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see254

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see251

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see251

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see249

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see240

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see238

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see237

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see236

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see207

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri