Pekində güclü yağışlar səbəbilə 30 nəfər həlak olub
Icma.az, Apa.az saytına istinadən bildirir.
Çinin paytaxtı Pekində leysan yağışlar və daşqınlar 30 nəfərin həyatına son qoyub, hakimiyyət orqanları isə 80 mindən çox sakini təxliyə edib.
APA xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, ölənlərdən 28-i şəhərin şimal hissəsində yerləşən Miyun rayonunun sakinləridir.
Güclü yağışların təsirinə məruz qalan ərazidə magistral yollar və elektrik xətləri sıradan çıxıb.
Pekində son bir neçə gündə düşmüş yağıntının orta miqdarı təxminən 166 mm-dir. Şəhərin bəzi ərazilərində bu rəqəm 544 mm-ə çatıb.
Bu mövzuda digər xəbərlər:Pekində güclü qasırğa 30 nəfərin həyatına son qoyub
29 İyul 2025 12:25
Pekində güclü yağışlar: 82 mindən çox insan təxliyə edildi
05 Avqust 2025 10:15
Pekində güclü yağışlar səbəbindən yüksək xəbərdarlıq səviyyəsi elan edilib
04 Avqust 2025 09:13
Güclü yağışlar nəticəsində 30 nəfər ölüb
06 Aprel 2025 21:16
Güclü yağışlar: 30 nəfər həyatını itirib
29 İyul 2025 11:36
Baxış sayı:106
Bu xəbər 29 İyul 2025 07:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















