Güclü yağışlar: 30 nəfər həyatını itirib
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Çində davam edən güclü yağışların səbəb olduğu sel və təbii fəlakətlər nəticəsində ilkin məlumatlara görə 30 nəfərin həyatını itirdiyi bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, Çin Qlobal Televiziya Şəbəkəsinin (CGTN) xəbərinə görə, paytaxt Pekində yağan şiddətli yağışlar həyatın normal axarına mənfi təsir göstərir.
Rəsmi məlumatlara əsasən, güclü yağışların səbəb olduğu sel və fəlakətlər nəticəsində Pekinin Miyun bölgəsində 28, Yançin bölgəsində isə 2 nəfər həyatını itirib.
Aramsız yağan leysan nəticəsində avtomobil yollarında ziyan yaranıb, bəzi ərazilərdə isə elektrik enerjisi kəsilib.
Şəhərdə selə qarşı mübarizə işlərinə sürət verilib. İtkin düşən şəxslər üçün axtarış-xilasetmə işləri davam edir. Xilasedici qruplar və fövqəladə yardım ləvazimatları zərərçəkən bölgələrə göndərilib.
İndiyədək ümumilikdə 80 min 332 nəfər təxliyə olunub.
Nigar Hacılı
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 29 İyul 2025 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















