Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Pekini Ukrayna maraqlandırmır, Vaşinqtonla mübarizəyə hazırlaşır ŞƏRH

Pekini Ukrayna maraqlandırmır, Vaşinqtonla mübarizəyə hazırlaşır ŞƏRH

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


"Pekin Trampın vədinə inanmır. Ağ Evdə ABŞ və Ukrayna prezidentləri arasında baş verən qalmaqal Rusiya və Çinin maraqlarına cavab verib. Bu olayın iki səbəbdən Rusiya üçün faydası var. Birincisi, ABŞ-Ukrayna ittifaqı dağılıb. İkincisi, təhlükəsizlik məsələsi ilə bağlı ABŞ-la Avropa İttifaqı arasında fikir ayrılığı dərinləşib. Kreml bundan öz məqsədləri üçün istifadə etməyə çalışacaq. Rusiya Prezidenti Vadimir Putin yaxın günlərdə amerikalı həmkarı Donald Trampla görüşməyə çalışacaq. Putinin məqsədlərindən biri də ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını yumşaltması və iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin bərpasıdır".

Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Çin də mövcud vəziyyətdən yararlanmağa çalışacaq:

"Pekində hesab edirlər ki, Avropa ölkələrinin və Ukraynanın Çinlə iqtisadi sahədə əməkdaşlığa maraqları artacaq. Təsadüfi deyil ki, Ukrayna rəsmiləri Ağ Evdəki qalmaqaldan sonra Çinlə dialoqun genişləndirilməsinin vacibliyi barədə fikirlər söyləyiblər. Buna baxmayaraq, Pekin müxtəlif ölkələrin öz aralarındakı gərginlikdə tərəf olmaq istəmir. Pekində Trampın Çinlə yaxşı əlaqələr qurmaq istəyinə inanmırlar. Ona görə də Pekin Vaşinqtonla siyasi və iqtisadi müstəvidə mübarizəyə hazırlaşır. Hər iki tərəfin bir-birinə qarşı artırdığı rüsumlar da bundan xəbər verir.

Çin lideri Si Cinpin ölkəsinin həm iqtisadiyyatda, həm də xarici arenada ciddi problemlərlə üzləşməli olduğu şəraitdə öz xalqının rifahının yaxşılaşdırılması yolu ilə inamla getməsinin vacibliyini bildirib. Bu o deməkdir ki, Çin müxtəlif dövlətlərin problemlərinin həlli ilə məşğul olmayacaq. Pekinin yeganə məqsədi beynəlxalq aləmdəki xaosdan istifadə edərək Çinin iqtisadi və hərbi gücünü artırmaqdır. Bu, Çin parlamentinin bu gün işə başlayan sessiyasında da əsas mövzu olacaq.

Parlamentin sessiyasında Kommunist Partiyasının hakim rolunun bir daha vurğulanacağı proqnozlaşdırılır. Si Cinpin partiyaya 2012-ci ildən rəhbərlik edir və bu gedişlə o hələ uzun müddət hakimiyyətdə qalacaq. Si Cinpin sessiyada hökumətin əsas prioritetlərini açıqlayacaq. Çin iqtisadiyyatında bu gün əsas problemlərdən biri daşınmaz əmlakla bağlıdır. Tikilən çoxsaylı mənzillərə kifayət qədər alıcı yoxdur. Bu isə öz növbəsində daşınmaz əmlak sahəsində böhran yaradıb. Pekin bu vəziyyətdən çıxış yolları axtarır. Çində maaşlar artsa da, gənclər arasında işsizlik də artıb. Kommunist Partiyası bu problemi də həll etmək məcburiyyətindədir".

Zaur,BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 Mart 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see526

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see250

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see241

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see241

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see230

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see224

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see223

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see205

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see201

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see200

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see174

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see173

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see172

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see170

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see157

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri