Icma.az
close
up
RU
Ukrayna uzun müharibəyə hazırlaşır ŞƏRH

Ukrayna uzun müharibəyə hazırlaşır ŞƏRH

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

 Avropadan 15 milyard dollar tələb olunur


“İstanbul danışıqlarından nəticə yoxdur, sülhün yolu bağlandı”


Rusiya Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə mane olmağa çalışan Avropa ölkələrindən gələn təhlükə ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını tələb edib. Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib. Polyanski bildirib ki, Kiyev rejiminin avropalı sponsorları mayın 29-da Ukraynadakı humanitar vəziyyətlə bağlı iclasın keçirilməsini tələb ediblər: 

"Biz eyni cür cavab vermək qərarına gəldik. Yunanıstan sədrliyinin bunu mayın 30-da təyin edəcəyi gözlənilir". "Kiyev Post" nəşri məlumat yayıb ki, ABŞ Prezidenti Donald Tramp sabiq Prezident Co Baydenin Ukraynada hərbi əməliyyatlara qoyduğu bütün məhdudiyyətləri aradan qaldırmağı düşünür. Məlumata görə, söhbət Rusiya ərazisinə uzaq məsafədən zərbələrdən gedir: “Qərar Trampın hazırkı status-kvonun sülh danışıqları üçün əlverişli olmadığına inanması ilə bağlıdır. Ukraynaya dəstək və Rusiyanın cəzalandırılması məsələsi bu həftə Vaşinqtonda Almaniya ilə müzakirə olunacaq”. Qeyd edək ki, dünən Almaniya kansleri Fridrix Merz Britaniya, Fransa, ABŞ və Almaniyanın Ukraynaya tədarük edilən silahlara dair mənzil məhdudiyyətini götürdüklərini açıqlamışdı. Bu arada Türkiyə xarici işlər naziri Hakan Fidan həftə sonu Ukraynaya səfər edəcək. Fidanın bu həftənin sonunda Ukrayna rəsmiləri ilə görüşmək və İstanbuldakı danışıqlardan sonra vəziyyəti izləmək üçün Kiyevə gedəcəyi gözlənilir. Hakan Fidan Kiyevdən əvvəl Rusiyaya səfər edib. Məlumata görə, Rusiya-Ukrayna danışıqlarının ikinci raundu da İstanbulda keçirilə bilər. Qeyd edilib ki, İstanbul hazırda Rusiya-Ukrayna danışıqları üçün ən münasib məkandır. Xatırladaq ki, bundan öncə İstanbulda Rusiya və Ukrayna nümayəndələri bir araya gəliblər. Görüşün ən böyük nəticəsi əsir və girovların mübadiləsi olub.  


Siyasi şərhçi Əhməd Şahidov "Sherg.az"a deyib ki, İstanbulda keçirilən danışıqların ikinci raundundan da ciddi nəticə gözləməyə dəyməz. Ekspert vurğulayıb ki, son günlər Rusiya ordusu Kiyevə və digər əsas şəhərlərə hava hücumları həyata keçirir:

 "Bu, Rusiya-Ukrayna müharibəsi başlayan 3 ildən bu yana ikinci belə böyük hücum əməliyyatıdır. Bu hücumlar artıq intensiv hal almağa başlayıb. Ukrayna buna cavab olaraq Belqorod vilayətində artıq hərbi əməliyyatlar keçirir. Moskva ətrafında dronların hücumu müşahidə olunur. Görünən odur ki, tərəflər artıq aktiv şəkildə hərbi əməliyyatları genişləndirirlər. İstanbulda keçirilmiş əvvəlki görüşün nəticəsi o oldu ki, min nəfər əsir və girov dəyişdirildi. Heç bir siyasi irəliləyiş əldə olunmadı, atəşkəslə bağlı fikir ayrılıqları qaldı. Rusiya əlavə olaraq bir sıra maksimalist şərtlər irəli sürür. Moskva bildirib ki, 30 günlük atəşkəsin imzalanması üçün Ukrayna Qərbdən silah alışını dayandırmalıdır. Ukrayna tərəfi isə bunu Rusiyanın sadəcə siyasi manevri kimi dəyərləndirir. Kiyev iddia edir ki, Kreml müharibəni uzun müddət davam etdirmək üçün planlar qurur. Ukrayna da artıq uzunmüddətli müharibə reallığını qəbul edir. Ukrayna Avropa ölkələrindən 2025-ci il ərzində hərbi əməliyyatları davam etdirmək üçün daha 15 milyard dollar tələb edir". 


Analitik vurğulayıb ki, müharibədə dron hücumlarının, dron əməliyyatlarının önəmi artır: 

"ABŞ də dron əməliyyatlarının effektliyi ilə bağlı açıqlamalar verməkdədir. Görünən odur ki, Rusiya da İran istehsalı olan "Şahid" dronları ilə hücumlara üstünlük verir. Qarşılıqlı hücumların təşkil olunduğu şəraitdə hansısa siyasi anlaşmadan danışmaq olmaz. Türkiyə tərəfi İstanbulda keçirilmiş ilk görüşdə müəyyən şərtlər irəli sürmüşdü. Türkiyə bildirib ki, əvvəlcə 30 günlük atəşkəs əldə olunmalı, daha sonra mərhələli şəkildə humanitar və siyasi məsələlər həll edilməlidir. Amma tərəflər bu şərtləri qəbul etmək niyyətindən uzaqdır. Rusiya qəti şəkildə bildirir ki, hazırda nəzarətində olan ərazilərdən geri çəkilmək fikrində deyil. Hətta Rusiyanın XİN başçısı Sergey Lavrov və digər siyasilər bildirirlər ki, Rusiyanın bütün Ukraynanı nəzarət altına almaqla bağlı planları var. Ukrayna isə təbii olaraq, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığı şərtini irəli sürür. Bu da artıq heç bir halda mümkün deyil. Müharibə geri dönüşü olmayan bir ssenari üzrə irəliləyir". 


Ə.Şahidova görə, ABŞ-nin də mövqeyi Avropa ölkələri üçün narahatedicidir:

"Sonuncu dəfə Donald Tramp və Vladimir Putin arasında 2 saatdan artıq davam edən telefon danışığında da atəşkəslə bağlı razılıq olmadı. Sadəcə, sanksiyaların aradan götürülməsi və ticarət dövriyyəsi kimi məsələlər müzakirə olundu. Müzakirənin bu istiqamətdə getməsi Avropa İttifaqını ciddi narahat edir. Avropa liderləri özləri kollektiv şəkildə qitənin təhlükəsizliyini təmin etmək və 2030-cu ilədək Ukraynaya dəstəyi davam etdirməklə bağlı planlar qururlar. Çünki Avropa liderləri başa düşürlər ki, ABŞ Avropa üçün əsas qarant ölkə sayıla bilməz".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 May 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri