Icma.az
close
up
RU
Peleni heyran edən bakılı Tolya: Gecə ikən Moskvadan qaçıb Bakıya gəldi

Peleni heyran edən bakılı Tolya: Gecə ikən Moskvadan qaçıb Bakıya gəldi

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Cümhuriyət”-in “Azərbaycanlı olmayan azərbaycanlılar” rubrikasında bu dəfə Sovet futbolçusu, hücumçusu, məşqçisi, Bakı “Neftçi”sinin kapitanı, SSRİ yığmasının oyunçusu, SSRİ-nin beynəlxalq dərəcəli idman ustası, SSRİ-nin Əməkdar idman ustası, Azərbaycan “Şöhrət” ordeni mükafatçısı Anatoli Banişevskidən söhbət açılıb.

Sovet futbolunun böyük hücumçularından biri olan Anatoli Banişevski bütün karyerasını "Neftçi"də keçirib, baxmayaraq ki, o, SSRİ-nin ən güclü komandalarından birinə keçə bilərdi. Bakıda anadan olan futbolçu 1966-cı ildə komandasına Sovet dövründəki ən böyük nailiyyəti – Ali Liqanın bürünc medallarını qazanmağa kömək edib. Bununla da Anatoli azərbaycanlı azarkeşlərin əbədi sevgisini qazanır və ölümündən sonra 1954-2003-cü illər arasında “Azərbaycanın ən yaxşı futbolçusu” adına layiq görülür.

“Marakana” stadionunda başla möhtəşəm qol

 Anatoli Banişevskij 23 fevral 1946-cı ildə Bakıda, malakan ailəsində dünyaya gəlib. Onun babası Qərbi Ukraynadan olub və soyadı Polşa mənşəlidir. Banişevski Azərbaycan dilində çox yaxşı və sərbəst danışırdı. Futbola “Lokomotiv” klubunda başlayan A. Banişevski 16 yaşında “Neftçi” klubuna qatılıb. Tezliklə əsas heyətdə oynamağa başlayan gənc futbolçunun oyununu izləyənlər onun böyük istedadını dərhal görür və heyran qalırlar. Böyük klublar ona Moskva və Kiyevdə oynamaq təklifləri göndərsələr də, o, doğma şəhərində qalaraq “Neftçi”nin uğurları üçün oynamağa davam edir.

Tolya “Neftçi”də 1963-1973 və 1975-1978-ci illər arasında çıxış edib. Bu müddət ərzində 318 oyunda iştirak edərək 136 qol vurur. O, dövrdə "Neftçi" də mükəmməl bir ansambl vardı. Bu ansambla Banişevski, Ələkbər Məmmədov, Yuri Kuznetsov, Valeri Hacıyev, Sergey Kramarenko, Vladimir Bruxtiy, Vyaçeslav Semiqlazov, Kazbek Tuayev və Markarov kimi məşhur futbolçular daxil idi. Buna görə də 1966-cı ildə “Neftçi” SSRİ çempionatından bürünc medalla qazanır. Tolya 19 yaşında olarkən Sovet İttifaqının əsas milli komandasına dəvət alır və cəmi altı ay sonra Braziliyanın “Marakana” stadionunda başı ilə möhtəşəm bir qol vurur. Fərqli mənbələr onun 25-40 metr məsafədən qol vurduğunu bildirir.

Topun qapıya necə daxil olduğu ilə bağlı da fərqli versiyalar var: bəzi şahidlər topun təsadüfi olaraq qapıya düşdüyünü desə də, Vladimir Ponomaryovun sözlərinə görə, Banişevski sıçrayaraq məqsədli şəkildə topu qapıya yönləndirib. 

"Tribunalar bir neçə saniyəlik sükuta qərq oldu, baş verənləri dərk etməyə çalışdılar, sonra isə partladı. Pele dayandı və mənə valeh olmuş kimi baxdı. O, hələ bilmirdi ki, 25 dəqiqə sonra Slava Metreveli hesabı bərabərləşdirəcək. Braziliyanın aparıcı qəzetlərindən biri isə mənim qolumu onilliyin qolu adlandırdı",-deyə Banişevski xatırlayırdı. 

Pele belə ondan danışırdı, Sovet mətbuatı isə susurdu

Dünya şöhrətli Pele həmin qol barədə belə deyir: "SSRİ millisinin bəxti gətirdi, hətta stadion üzərində süzən top belə Banişevskini tapdı, o isə başı ilə onu qapıya yönəltdi". Bəs niyə Sovet mətbuatı bu barədə susur və heç nə yazmır? Anatoli Banişevskinin ilk həyat yoldaşı İnna Georgiyevna bu məsələyə belə aydınlıq gətirir:

"SSRİ-nin mərkəzi mətbuatı Bakıdan olan idmançılar haqqında həmişə ehtiyatla yazırdı. Xaricdə qazandıqları uğurları isə ümumiyyətlə qeyd etmirdi. Bu, hətta absurd idi. 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatından sonra Britaniya klublarından biri Anatoliyə yarım milyon dollarlıq müqavilə təklif etmişdi, Qərbi Almaniyanın "Adidas" şirkəti isə onun oynadığı butsilər reklamını çəkmək istəyirdi. Lakin SSRİ Futbol Federasiyası bu təklifləri rədd etdi".

Kraliçadan evlilik teleqramı

SSRİ millisinin heyətində çıxış edən Banişevski 50 oyunda 20 qol vurmasına baxmayaraq, heç bir titul qazana bilmir. 1966-cı ildə A. Banişevski komanda yoldaşları ilə birlikdə İngiltərədə keçirilən dünya çempionatının yarımfinalına qədər irəlilədi. Həmin turnirdə Anatoli Böyük Britaniya kraliçası II Yelizaveta ilə tanış olur və sonralar kraliça ona evlilik münasibətilə təbrik teleqramı göndərir. Həyat yoldaşı İnna o zamanları belə xatırlayır:

"Federasiyadan bir nəfər teleqramı səsləndirdi. Böyük Britaniyanın Baş naziri Harold Vilson kraliçanın adından təbrik göndərmişdi. Tolya kraliça ilə dünya çempionatında tanış olmuşdu. O, kraliçanın əlini sıxmışdı”. 

Futbolçu SSRİ millisinin heyətində səfərlərə çıxmağı xoşlamırdı. O, doğma Bakını uzun müddət tərk etməyi sevmirdi və SSRİ millisində xüsusi həvəslə oynamırdı.

"O, həqiqi vətənpərvər idi. 1966-cı ildə İngiltərədə ona yarım milyon funt sterlinq təklif etmişdilər. Moskvaya dəvət olunmuşdu, "ÇSKA" ona Mir prospektində – "Vesna" univermağı yaxınlığında mənzil təklif etmişdi, amma Bakıdan uzaq qala bilmirdi", – deyə həyat yoldaşı İnna xatırlayır.

"O, şəhərinə çox bağlı idi və hətta milli komandada ( SSRİ millisi nəzərdə tutulur-müəll.) oynamaq da istəmirdi. Orada maaş vermirdilər, daim cərimələyirdilər – gah siqaret çəkdiyinə, gah səhər məşqlərinə çıxmadığına görə... Milliyə çağırışlar  bir ay, bəzən daha uzun müddətlik olur və onun üçün ağır keçirdi. Bir dəfə Moskvadakı təlim-məşq toplanışından qaçıb, gecə idman geyimində Bakıya gəldi. Burada nə edəcəklərini bilmirdilər. Axırda xəstəxanaya yerləşdirdilər ki, guya xəstədir". 

Qalibdən bir anda günahkara çevrildi

Təəssüf ki, Banişevski SSRİ milli komandasında cəmi yeddi il – 1965-dən 1972-ci ilə qədər çıxış edir. 1968-ci ildə Banişevski Avropa çempionatının yarımfinalına qədər yüksəlir. 4 il sonra, 1972-ci ildə Avropa Çempionatında SSRİ millisi finala çıxır və 18 iyun 1972-ci ildə baş tutan həlledici matçda SSRİ Qərbi Almaniyaya 0:3 hesabı ilə məğlub olur. Oyun sonrası mətbuatda və futbol ictimaiyyətində Banişevski finaldakı məğlubiyyətin əsas günahkarlarından biri kimi göstərilir.

"Biz 0:3 hesabı ilə uduzduq. Oyundan sonra paltardəyişmə otağına çox vacib bir idman məmuru daxil oldu və bizi sərt şəkildə tənqid etməyə başladı. Az qala bizi vətən xaini adlandırdı. Axırda dözmədim və dedim ki, əgər oyunumuz bu qədər xoşunuza gəlmirsə, özünüz meydana çıxıb, necə oynamaq lazım olduğunu göstərin. Adam dərhal susdu və otaqdan çıxdı. Bundan sonra məni bir daha milliyə çağırmadılar…",-deyə o xatırlayırdı.

Gözləri qarşısında ölkə prezidentini qətlə yetirdilər

70-ci illərin sonuna doğru Banişevski "Neftçi"də futbolçu karyerasını başa vuraraq məşqçiliyə başladı. O, doğma klubunun məşqçilər korpusuna qoşulur və daha sonra Mingəçevirin "Avtomobilist" komandasına rəhbərlik edir. Daha sonra isə Afrikaya yollanaraq Burkina-Fasonun Olimpiya yığmasını çalışdırır. O, SSRİ yığmasının heyətində ümumilikdə 50 oyunda iştirak edir və 20 qol vurur. A. Banişevski eyni zamanda məşhur Qriqori Fedotov klubunun üzvü idi.

Bu illər ərzində Anatoli alkoqol asılılığına tutulmuşdu. Hələ Afrikaya getməzdən əvvəl onun səhhətində ciddi problemlər yaranmışdı. Həkimlər ona şəkərli diabet və pankreatit diaqnozu qoyurlar və məhz bu səbəbdən məşqçilik karyerasını başa vurmağa məcbur olur.

"İlk tutması 1987-ci ildə baş verdi və qardaşım reanimasiyada 10 gün keçirdi. Daha sonra bir ay Moskvada Endikrinologiya İnstitutunda müalicə aldı, amma bu, ona kömək etmədi. Əslində, bu xəstəliyə meylli olduğu üçün Afrikaya getməməli idi, amma o, Burkina-Fasoda bir il çalışdı, gənclərdən ibarət yığmanı məşq etdirdi.

Üstəlik, çox ağır psixoloji travma yaşadı. Onun gözləri qarşısında, stadionda, hərbi çevriliş zamanı üsyançılar ölkə prezidentini qətlə yetirdilər. İkinci tutmadan sonra Tolyanın beynində müəyyən sahələrdə atrofiyalar baş verdi və yaddaşı pozuldu. Evdən çıxanda həyat yoldaşı ona nə etməli, hara getməli olduğunu yazıb verirdi, amma yenə də unudurdu. Yaddaşı sanki tamamilə sönürdü. Bu, cəmi 45 yaşında baş verirdi!",- deyə Anatolinin bacısı Lidiya xatırlayır. 1988-ci ildə A. Banişevski “Kəpəz”in baş məşqçisi olur. 1990-cı illərdə Bakıda baş verənləri İnna Georgiyevna belə xatırlayır:

"Burada vəziyyət çox qorxulu olduğu zaman hamı daha çox evdə qalırdı, qaçqınlar gəlirdi, xaos idi, hərbçi ailələri Rusiyaya göndərilmişdi. Mən deyirdim ki, Tolik, gedək Moskvaya, orada qohumlarımız var. O isə cavab verirdi:

“Qoy məni tanklarla əzsinlər, yenə də buradan heç yerə getməyəcəyəm! Bakı Banışevskiyə eyni sevgini göstərdi. Onu təkcə sadə bakılılar deyil, həm də hakimiyyət nümayəndələri sonsuz məhəbbətlə sevirdilər. Elə bir dövr idi ki, maşın almaq demək olar ki, mümkünsüz idi. Növbəyə yazılmaq, sonra isə illərlə gözləmək lazım gəlirdi. Ancaq Heydər Əliyev Banışevskiyə “Volqa” ayırdı. Bir akademik buna etiraz edərək dedi:

“Mənim növbəm çatıb! Niyə maşını Banışevskiyə verirsiniz?” Heydər Əliyev cavab verdi: “Bilirsən, biz Banışevskidən akademik edə bilərik, amma akademikdən Banışevski edə bilmərik. O, bizdə təkdir!”

Səidə xanımın sevgisi də onu xilas edə bilmədi

90-cı illərin əvvəllərində həyat yoldaşı İnna onu alkoqola bağlı davamlı sərxoşluq səbəbindən evdən çıxarır. Banişevski bir qazanxanada məskunlaşır və evsiz insanlarla birlikdə içməyə başlayır. Belə çətin bir zamanlarda Anatoliyə yardım əlini Səidə xanım (ikinci həyat yoldaşı) uzadır. O, futbolçuya demək olar ki, unudulmuş ailə sevgisini və qayğını bəxş edir. Lakin bu, uzun çəkmir. 1997-ci ilin qışında Banişevskinin növbəti xəstəlik tutması baş verir və bu dəfə onun orqanizmi artıq tab gətirə bilmir… 

A. Banişevski 10 dekabr 1997-ci ildə vəfat edir. O, Bakıda, İkinci Fəxri Xiyabanda dəfn olunur. Etnik cəhətdən azərbaycanlı olmayan, amma hər anlamda azərbaycanlı olan Anatoli Banişevski hər zaman, yüz illər keçsə belə, Azərbaycan xalqının qəlbində yaşayacaq. Onun adı Masallıda futbol stadionunda yaşadılır. Azərbaycan müstəqillik qazandıqdan sonra Banışevski yerli futbolun inkişafına verdiyi töhfəyə görə 3,5 min dollar məbləğində mükafata layiq görülür.

Heydər Əliyev şəxsən ona "Şöhrət" ordenini təqdim edir. 2003-cü ildə UEFA-nın 50 illik yubileyi münasibətilə quruma üzv ölkələrin futbol federasiyaları son 50 ilin ən yaxşı futbolçusunu elan edir. Azərbaycan Futbol Federasiyası bu ada Anatoli Banişevskini layiq görür. 2008-ci ildə Moskvada "Mərkəz Təbliği" nəşriyyatında Azər Cahangirovun müəllifi olduğu "Kometanın izi. Anatoli Banişevskinin həyat səhifələri" adlı kitab çap olunur. Banişevskinin nəvəsi Əli Babayev 2011-ci ildən "Neftçi"nin yeniyetmələrdən ibarət komandasında çıxış edib. 

Səbinə Uğur
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Aprel 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see140

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see136

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see134

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see129

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see126

ABŞ də təyyarə yola çırpıldı

12 Aprel 2025 05:29see123

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see122

Futbol məşqi zamanı məktəbliləri ildırım vurdu

12 Aprel 2025 10:57see117

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see116

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see116

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see115

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see114

Şerman: “Əraqçi çox sərt və ağıllı bir şəxsdir” KONKRET

12 Aprel 2025 10:31see114

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see114

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see113

Amerika Kino Akademiyası tryukların dizaynında nailiyyətlərə görə yeni mükafat təsis edib

12 Aprel 2025 05:30see112

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see111

Ukrayna “Patriot”un analoqunun hazırlanması üzərində işləyir

12 Aprel 2025 06:23see109

Real Madrid 3 futbolçusunu göndərməyə qərar verdi ADLAR

13 Aprel 2025 00:00see108

Google Chrome Android dizaynını dəyişir ;Yenilik budur

12 Aprel 2025 05:39see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri