Pelenin 1958 ci il Dünya Kuboku finalında oynadığı forma 5 milyon dollara satıldı
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əfsanəvi braziliyalı hücumçu Pelenin 1958-ci il Dünya Kubokunun finalında geyindiyi forma hərracda 4,88 milyon dollara satılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sotheby's” hərrac evinin mətbuat xidməti məlumat yayıb.
Həmin oyunda Pele iki qol vurub və Braziliyanın ilk dəfə Dünya Kubokunu qazanmasına kömək edib.
Finalda Braziliya turnirin ev sahibi İsveçi 5-2 məğlub edib. Bununla da Pele ilk Dünya Kubokunu qazanıb. Ümumilikdə, o, kuboku üç dəfə başı üzərinə qaldıraraq tarixdə bu uğura imza atan yeganə futbolçu olub.
Pele, həmçinin İsveçə qarşı qol vurmaqla Dünya Kuboku finalında ən gənc qol vuran oyunçu olu. O, bu qolu 17 yaş 249 günlüyündə reallaşdırıb. Bu rekord hələ də onun əlindədir.
Qeyd edək ki, futbol tarixində bir forma üçün ödənilən rekord qiymət 9,3 milyon dollardır. Belə ki, əfsanəvi argentinalı hücumçu Dieqo Maradonanın forması bu məbləğə satılıb. O, bu formanı 2022-ci ildə 1986-cı il Dünya Kubokunun 1/4 finalında İngiltərəyə qarşı iki qol vurduğu oyunda geyinib.
Bu mövzuda digər xəbərlər:Pelenin 1958 ci il Dünya Çempionatının final matçında geyindiyi futbol köynəyi 6 milyon dollara hərraca çıxarılır
03 İyun 2026 11:08
Futbol tarixində rekord: Pelenin 1958 ci il finalındakı forması 6 milyon dollara satılır FOTO
04 İyun 2026 11:39
Pelenin forması rekord qiymətə satıldı
21 İyul 2026 09:06
Pelenin bu forması 6 milyon dollara satılacaq
03 İyun 2026 17:45
Pelenin əfsanəvi DÇ forması 4,9 milyona satıldı Fotolar
17 İyul 2026 08:51
Baxış sayı:149
Bu xəbər 17 İyul 2026 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















