Pelin Karahan: “Barmağımı belə tərpədə bilmirdim” FOTO
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Məşhur aktrisa Pelin Karahan bir dövrə damğa vuran “Kavak Yelleri” serialında çəkilən “basdırılma” səhnəsindən sonra panik atak keçirdiyini və həmin gündən terapiyaya başladığını etiraf edib.
Aktrisa "YouTube" da yayımlanan “Masa Alakart” proqramında bildirib ki, “diri-diri torpağa gömülmə” səhnəsi onun üçün çox ağır keçib. Səhnə zamanı üzərinə yaş torpaq tökülüb və ondan nəfəsini tutması tələb olunub. Bu vəziyyət onun panik atak keçirməsinə səbəb olub və ertəsi gün terapiyaya başladığını deyib.
Pelin Karahan həmin anı “barmağımı belə tərpədə bilmirdim” sözləri ilə təsvir edib və serialdakı intensiv dram səhnələrinin psixoloji vəziyyətinə mənfi təsir etdiyini bildirib.
Eyni zamanda, aktrisa son günlərdə 12 illik evliliyinin sona çatması ilə də gündəmdədir. O və keçmiş həyat yoldaşı Bedri Güntay ayrılığın qarşılıqlı razılaşma ilə baş verdiyini açıqlayıblar.
Leyla
Demokrat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:201
Bu xəbər 07 May 2026 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















