Pelleqrini Ağdama gəlir
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 13-də Azərbaycana rəsmi səfər edəcək.
Axar.az xəbər verir ki, məlumatı "Pravda.sk" nəşri yayıb.
Bildirilib ki, prezidentlə ilə birlikdə ölkənin baş nazir müavini və müdafiə naziri Robert Kalinyak, baş nazirin müavini və iqtisadiyyat naziri Denisa Sakova, daxili işlər naziri Matuş Şutay Eştok və Slovakiya Milli Bankının rəhbəri Peter Kajimir də səfərdə iştirak edəcək.
P.Pelleqrininin həmçinin Ağdam rayonuna səfər edəcəyi, orada Baş Qərvənd kəndində "Smart Village" ("Ağıllı kənd") layihəsi ilə tanış olacağı və general Milan Rastislav Ştefanikin adını daşıyan yeni məktəbin təməl daşını qoyacağı qeyd olunub.
Slovakiya prezidentinin səfəri ilə paralel olaraq, Bakıda slovakiyalı sahibkarların iştirakı ilə Slovakiya-Azərbaycan biznes forumu keçiriləcək.
Baxış sayı:120
Bu xəbər 11 İyul 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















