Pənah Hüseynə müavinlik təklif etmək istərdim AXP nin yeni sədri
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dekabrın 14-də Azərbaycan Xalq Partiyasının VII (növbədənkənar) qurultayı keçirilib.
Qurultay zamanı Pənah Hüseynin istefası qəbul edilib. qurultayın qərarı ilə Pənah hüseynin müavini Qiyas Sadıqov AXP sədri seçilib.
Bundan sonra partiyada hansı dəyişikliklərin olacağı, eləcə də yeni dönəmdə hansı xəttin tutulacağı kimi məsələlər diqqət çəkir.
Modern.az bu sualları Azərbaycan Xalq Partiyasının yeni sədri Qiyas Sadıqova ünvanlayıb.
Saytımıza açıqlamasında Qiyas Sadıqov bildirib ki, məqsəd yenidən parlament partiyası olmaqdır:
“Təbii ki, müavinlər məsələsinə baxılacaq. Hələ mən qərarımı açıqlamamışam. Hələlik səlahiyyətli şəxsəm. Ədliyyə Nazirliyi tərəfindən qurultayın nəticələri və mənim sədrliyim təsdiqləndən sonra müavinlər, şöbə müdirləri ilə bağlı qərar verəcəyik. Partiya əvvəlki kimi öz nizamnaməsinə uyğun fəaliyyət yürüdəcək. Təbii ki, həmişə olduğu kimi məqsəd parlament seçkilərində iştirak edib qalib gəlməkdir. Bütün parlament və bələdiyyə seçkilərində iştirak etmişik. Yenə də hədəfimiz parlament partiyası olmaqdır”.
Partiya sədri xarici siyasətə müsbət yanaşdıqlarını, daxildə isə problemlərin mövcud olduğunnu söyləyib:
“Partiya olaraq, xarici siyasətə müsbət yanaşırıq. Ölkə daxilində isə problemlər var. Həmin problemləri ortalığa çıxarıb, tənqid edərək onların düzəlməsi istiqamətində çalışacağıq”.
Q.Sadıqov Pənah Hüseynlə bağlı sualımıza da cavab verib. O qeyd edib ki, məsələhət olsa, Pənah Hüseynə müavinlik təklif edə bilər:
“Pənah bəy hazırda Partiyanın İdarə Heyətinin üzvüdür. Təbii, mən fikirləşirəm məsələhət olsa, ona müavin vəzifəsini təklif edərdim. Özü də bildirib ki, gənclərlə işləmək istəyi var. Gəncləri cəlb etmək istiqamətində işləri davam etdirəcək”.
Baxış sayı:38
Bu xəbər 15 Dekabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















