Pənah Hüseynin partiyası fəaliyyətini dayandırır? AÇIQLAMA
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sabiq baş nazir Pənah Heseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyasının maliyyə məsələrində çətinlik çəkdiyi barədə iddialar yayılıb. İddialara görə, partiya yaxın günlərdə maliyyə problemləri səbəbindən fəaliyyətini dayandıracaq.
Modern.az iddialarla əlaqədar partiyanın sədri Pənah Hüseyn ilə əlaqə saxlayıb.
O qeyd edib ki, yayılan fikirlər cəfəngiyyatdır: “Partiyanın daxilində heç bir problem yoxdur. Maliyyə məsələsinə gəldikdə isə bu kimi məsələlərlə bağlı heç bir problemimiz yoxdur və fəaliyyətimizi davam etdiririk. Partiyamızın bağlanması ilə bağlı yayılan fikirlər yalandır”.
Qeyd edək ki, bu il dövlət büdcəsindən siyasi partiyalara 6 milyon vəsait ayrılması nəzərdə tutulub. Yeni dəyişikliklərə əsasən, artıq parlamentdə təmsil olunmayan partiyalara da vəsait ayrılır. Artıq bir sıra partiyalara dövlətdən maliyyə ayrılmağa başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 22 Fevral 2025 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















