Icma.az
close
up
RU
“Penalti vardı, Rauf üç dəfə baxdı, görmədi” Qurban Qurbanov

“Penalti vardı, Rauf üç dəfə baxdı, görmədi” Qurban Qurbanov

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Qarabağ” Misli Premyer Liqasının 25-ci turunda səfərdə “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olub.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Azər Bağırovun komandasını təbrik edirəm. İstəkli idilər, çox yaxşı qalibiyyət əldə etdilər. Bizə azarkeşlik edən xeyli sayda insan var idi. Onlara təşəkkür edirəm. Məğlub olduq. Futboldur, belə hallar olur. Deyiləcək bir söz yoxdur.

- Məğlubiyyətin əsas səbəbi nədir?

- Sadəcə rəqib qalib gəldi. Futbolçular istəkli idilər, pis hazırlaşmamışdıq. Oyunda yaxşı temp var idi. Xeyli sayda qol epizodlarımız oldu. Onları dəyərləndirə bilmədik. Rəqibin bir epizodu qolla nəticələndi. Bu gün bizim günümüz deyildi.

- Meydançanın ot örtüyü oyununuza necə təsir etdi?

- Süni örtüklü meydança ilə təbii örtüklü meydança eyni deyil. Yevlax şəhər stadionu bəzi meydançalardan pis deyil.

- Bu mövsüm “Kəpəz”ə ikinci dəfə məğlub oldunuz. Rəqib sizə qarşı daha motivasiyalı olur, yoxsa komandanızda arxayınlıq var?

- Biz qətiyyən rahat deyilik. Əvvəlki oyunda komanda bir az yorğun idi. Bugünkü matça çox yaxşı hazırlaşmışdıq. Biz də istəkli idik, onlar da. Futbolçularıma deyiləcək bir söz yoxdur. Çox güc sərf etdilər, qalib gəlmək istəyirdilər.

- Penalti gözlədiyiniz epizodla bağlı fikirləriniz necədir?

- Mən narazılıq edəndə söhbət çox böyüyür. VAR-da, deyəsən, Rauf Cabbarov idi. Meydandakı hakim görmədi, Rauf da üç dəfə baxdı, görmədi.

- Epizoda baxmısınız?

- Baxdım. Penalti olduğunu düşünürəm. Kamilodan da soruşdum, dedi ki, ayağıma dəymişdi. Əgər orada penalti yoxdursa, heç nə. Görək, nə deyəcəklər. Rauf Cabbarov da sağ olsun.

- Rəhim Həsənov, adətən, hakimlərin qərarını təsdiqləyir...

- Təsdiqləyəcək. Ona görə də çox da üzərinə getmək lazım deyil.

- Çempionluq mübarizəsi davam edir?

- Mütləq davam edəcəyik. Hər oyunda azarkeşlərimizə qələbə bəxş etmək istəyirik. Çempionluq elə bir şeydir ki, tək qələbə qazanmaqla deyil, başqa komandaların xal itirməsi də sənə üstünlük verir. Bizim xal itkilərimiz “Sabah”a böyük üstünlük verib. Onların bu qədər xal itirəcəyi çətin görünür. Çox yaxşı oyun sistemi qurublar. Hər bir halda sona qədər yaxşı oyun və yaxşı nəticə üçün meydana çıxacağıq.

- Şahruddin Məhəmmədəliyev milli komandaya dəvət olunub. Onun idman forması necədir?

- Dəvət ediblər ki? Tam hazır deyil.

- Komanda ilə məşq edir?

- Texniki məşqlər edir. Oyun məşqlərində olmur. Ola bilər təcrübəsinə görə dəvət olunub.

- Nə vaxt meydana çıxa bilər?

- Fasilədə komanda ilə tam məşqlərdə olmalı idi.

- Gənc oyunçulara az şans verməyinizin səbəbi nədir?

- Elə periodda idik ki, risklərə ehtiyac yox idi. Çempionlar Liqasından sonra kollektivdə yorğunluq var idi. Bütün futbolçuların idman formasını yaxşılaşdırmağa çalışırdıq. Qarşıdakı oyunlarda şans verə bilərik. İstənilən halda hamı hazır olmalıdır. Kim hazır olsa, meydanda o da olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Mart 2026 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri