Qurban Qurbanov: Planşeti penalti epizoduna görə qırdım
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Rəqibi təbrik edirəm. Meydanda hər şeyi etdilər. Cavab oyunu da olacaq".
Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis "Araz-Naxçıvan"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Çox danışılası bir şey yoxdur. Keyfiyyətli bir şey yox idi. Cavab matçına hazırlaşacağıq. Xeyli vaxtımız olacaq".
Qurbanov hakiçin qərarına kəskin etiraz etməsi barədə danışıb:
"Mən dəfələrlə yerli komandalara da uduzmuşam. İnsanıq. Elə epizodlar var ki... Mən də oyunun sürətli dinamik getməsini istəyirəm. Bəzən fasilə çox olur, hakim də ritmi itirir. Mən də çox istəyirəm ki, hər bir komanda "Qarabağ"a qalib gəlsinlər, futbola maraq daha artsın, komandalar güclənsinlər. Mənim aqressiyama gəldikdə isə, biz də insanıq. Planşeti penalti epizoduna görə qırdım (gülür)".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 02 Aprel 2025 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















