Pəncəlinin qardaşı İlin müəllimi fəxri adına layiq görüldü FOTO
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Pəncəli Teymurovun qardaşı Famil Teymurov təltif edilib.
Redaktor.az-ın məlumatına görə, Famil Teymurov şəhid qardaşı Pəncəli Teymurov həyat yolu haqqında yazdığı yazı ona uğur gətirib. Media Araşdırma Mərkəzi və Azər.KİVİHİ tərəfindən aparılmış araşdırmalara görə, təhsil sahəsində göstərdiyi xidmətləri və gənc nəslin təhsil, təlim-tərbiyəsində səmərəli fəaliyyəti nəzərə alınaraq Teymurov Famil Nurməmməd oğlu "İlin Müəllimi" fəxri diplomu ilə təltif edilib.
Xatırladaq ki, şəhid Pəncəli Teymurov aprelin 11-də doğulduğu Astara rayonunun Əzərüd kəndində torpağa tapşırılıb. 1981-ci il təvəllüdlü Pəncəli Teymurov hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq, xidmətini davam etdirib. Yüksək bacarıq və peşəkarlığı, nümunəvi xidməti nəzərə alınaraq o, 24 iyun 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub. 2016-cı il Şanlı aprel döyüşləri zamanı isə qəhrəmancasına şəhid olub. Ölkə başçısının göstərişi ilə ölümündən sonra “Vətən uğrunda” medalıyla təltif edilib.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 09 Aprel 2025 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















