Icma.az
close
up
RU
Pəncərəni silmək istəyərkən yıxıldı Bu nə vaxta qədər belə davam edəcək?

Pəncərəni silmək istəyərkən yıxıldı Bu nə vaxta qədər belə davam edəcək?

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yüksəkmərtəbəli binaların artmasıyla paralel olaraq yeni bir təhlükə də gündəlik həyatımızın bir parçasına çevrilib: Pəncərə təmizləyərkən baş verən faciələr.

Mediada az qala hər ay bu tip başlıqlarla rastlaşırıq: “Pəncərə silərkən 9-cu mərtəbədən yıxıldı”, “Yaşlı qadın təmizlik zamanı həyatını itirdi”, “Çətin görünən pəncərə ona son oldu”... və s. Bu cür xəbərlər bir neçə günlük səs-küyə səbəb olur, sonra unudulur. Amma həyatını itirənlər unudulmur. Ailələrində bir boşluq, bir səssizlik qalır. Niyə? Çünki bir pəncərəni silmək istədi...

Əgər bina çoxmərtəbəlidirsə, deməli, komendantlıq da var. Amma sual doğur: niyə bu təhlükəli iş sakinlərin üzərindədir? Niyə komendantlıq bu xidmətləri sistemli şəkildə həyata keçirmir? Hər ay kommunal ödənişlərdə "komendant haqqı" yer alır. İstər 5, istər 15 manat. Bəs bu vəsait nəyə gedir?

Pəncərə təmizliyi xüsusilə də çöldən adi bir təmizlik işi deyil. Bu, peşəkar qoruyucu avadanlıqlarla, sığortalanmış işçi heyətlə görülməlidir. Bunu sadə sakin necə etsin? Balkonun kənarına çıxmaqla? Həyatını təhlükəyə atmaqla?

Əslində bu iş sadə bir sistemlə təşkil oluna bilər. Komendantlıq ayda bir dəfə, ya da 2-3 ayda bir peşəkar təmizlik xidməti ilə müqavilə bağlayaraq, binadakı bütün mənzillərin xarici pəncərələrini təmizlətdirə bilər. Bu, ya ümumi kommunal haqqın içində əks olunar, ya da istəyə bağlı əlavə ödənişlə. Amma sistemli və təhlükəsiz şəkildə.

Bu məsələ artıq sadə məişət problemi deyil. Bu, şəhər mədəniyyəti və insan həyatına verilən dəyər məsələsidir. Dövlət və bələdiyyələr, xüsusilə də binanı idarə edən şirkətlər bu məsələyə məsuliyyətlə yanaşmalıdır. Bu sahədə qanunvericilik boşluqları varsa, dolmalıdır. Çünki bir pəncərə silmək üçün həyat verilmir.

Leyla Mirzə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 12 Avqust 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri