Bu, nədir, nə vaxta qədər davam edəcək?
Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Aparıcı Aytən Səfərova son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı fikirlərini bölüşüb.
Axşam.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşım edərək iyunun sonlarında hökm sürən küləkli və yağışlı havanın onu təəccübləndirdiyini bildirib. Aparıcı bildirib ki, belə hava şəraitini sonuncu dəfə 1996-cı ildə xatırlayır:
"Doğrudan elə bil havaya nəsə olub və ya biz insanlar etmişik. Sonuncu dəfə yayda belə hava 1996-cı ildə olub. İyunun ortasında belə hava ola bilərdi. Amma iyunun sonunda güclü külək və yağışla belə bir hava... Versiyalar müxtəlifdir. Bəziləri bunu siyasətlə, bəziləri iqlimə müdaxilə ilə bağlayır. Bəziləri də deyir ki, İranın ərəb ölkələrini raket atəşinə tutub və iqlimin idarə edilməsi mərkəzindən sonra baş verir. Məzuniyyətə çıxanları düşünürəm. Heç də dəniz havası deyil. Küləkdə dənizə gedənin ağlı yoxdur. Bu, nədir, nə vaxta qədər davam edəcək?".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 29 İyun 2026 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















