Icma.az
close
up
RU
Penitensiar xidmətə qəbul olunmuş əməkdaşların andiçmə mərasimi KEÇİRİLDİ

Penitensiar xidmətə qəbul olunmuş əməkdaşların andiçmə mərasimi KEÇİRİLDİ

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan ədliyyə islahatları çərçivəsində penitensiar xidmətin fəaliyyəti təkmilləşdirilir, o cümlədən kadr potensialının gücləndirilməsi məqsədilə işlər uğurla davam etdirilir.
Ədliyyə naziri Fərid Əhmədovun göstəriş və tapşırıqlarına əsasən kadrlarla işin səmərəli təşkilinə, gənclərin işlə təminatına xüsusi önəm verilir, qulluğa qəbulla bağlı seçim prosesi davamlı müsabiqələr keçirilməklə fasiləsiz aparılır.
Bundan irəli gələrək, yaxın zamanda istifadəyə verilmiş yeni müasir penitensiar müəssisələrin fəaliyyətinin təmin edilməsi, eləcə də vakant ştat vahidlərinin layiqli namizədlərlə komplektləşdirilməsi və şəffaflığın təmin olunması üçün Ədliyyə Nazirliyinin Penitensiar xidmətində orta və kiçik rəis heyətlərində hərbi qulluqçu kimi, o cümlədən mülki vəzifələrə qulluğa qəbul həyata keçirilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, əvvəlcədən dərc edilmiş elana uyğun olaraq müraciət etmiş, seçim mərhələlərini uğurla keçərək ədliyyə nazirinin əmrinə əsasən 50 nəfər orta rəis heyətinə və 40 nəfər hərbi qulluqçu kimi xidmətə qəbul olunmuş və xüsusi rütbələr verilmiş yeni əməkdaşların noyabrın 27-də Penitensiar xidmətin Baş idarəsində andiçmə mərasimi keçirilib. 
Tədbirdə Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov deyib ki, Xidmətin layiqli kadrlarla komplektləşdirilməsi istiqamətində şəffaflığın təmin olunması hər zaman prioritet istiqamətdir. Bildirilib ki, müraciət edən çoxlu sayda Vətən müharibəsi iştirakçısı, qazi və şəhid ailəsi üzvləri də Penitensiar xidmətdə işlə təmin olunub. Hazırda Xidmətdə ümumilikdə 218 nəfər bu kateqoriyadan olan əməkdaş çalışır.
 

Çıxış edən gənclər böyük qürur hissi keçirdiklərini bildirib, Ulu Öndər Heydər Əliyevin yüksək amallarına daim sadiq qalaraq, ölkə Prezidentinin rəhbərliyi altında ölkəmizin inkişafı naminə sədaqətlə xidmət edəcəklərini vurğulayıblar. Qeyd ediblər ki, onlara göstərilən etimadı doğrultmaq üçün var qüvvələri ilə çalışaraq ədliyyə işçisi adını daim uca tutacaqlar.


Sonda təntənəli qaydada and içən əməkdaşlara xidməti vəsiqələr təqdim edilib.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Noyabr 2024 04:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri