Icma.az
close
up
RU
Penitensiar xidmətə qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib AZƏRTAC

Penitensiar xidmətə qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 27 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan ədliyyə islahatları çərçivəsində penitensiar xidmətin fəaliyyəti təkmilləşdirilir, o cümlədən, kadr potensialının gücləndirilməsi məqsədilə işlər uğurla davam etdirilir. Ədliyyə naziri Fərid Əhmədovun göstəriş və tapşırıqlarına əsasən kadrlarla işin səmərəli təşkilinə, gənclərin işlə təminatına xüsusi önəm verilir, qulluğa qəbulla bağlı seçim prosesi davamlı müsabiqələr keçirilməklə fasiləsiz aparılır. Bundan irəli gələrək, yaxın zamanda istifadəyə verilmiş yeni müasir penitensiar müəssisələrin fəaliyyətinin təmin edilməsi, eləcə də, vakant ştat vahidlərinin layiqli namizədlərlə komplektləşdirilməsi və şəffaflığın təmin olunması üçün Ədliyyə Nazirliyinin Penitensiar xidmətində orta və kiçik rəis heyətlərində hərbi qulluqçu kimi, o cümlədən mülki vəzifələrə qulluğa qəbul həyata keçirilir. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcədən dərc edilmiş elana uyğun olaraq müraciət etmiş, seçim mərhələlərini uğurla keçərək ədliyyə nazirinin əmrinə əsasən 50 nəfər orta rəis heyətinə və 40 nəfər hərbi qulluqçu kimi xidmətə qəbul olunmuş və xüsusi rütbələr verilmiş yeni əməkdaşların noyabrın 27-də Penitensiar xidmətin Baş idarəsində andiçmə mərasimi keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov deyib ki, Xidmətin layiqli kadrlarla komplektləşdirilməsi istiqamətində şəffaflığın təmin olunması hər zaman prioritet istiqamətdir. Bildirilib ki, müraciət edən çoxlu sayda Vətən müharibəsi iştirakçısı, qazi və şəhid ailəsi üzvləri də Penitensiar xidmətdə işlə təmin olunub. Hazırda Xidmətdə ümumilikdə 218 nəfər bu kateqoriyadan olan əməkdaş çalışır.

Çıxış edən gənclər böyük qürur hissi keçirdiklərini bildirib, Ulu Öndər Heydər Əliyevin yüksək amallarına daim sadiq qalaraq, ölkə Prezidentinin rəhbərliyi altında ölkəmizin inkişafı naminə sədaqətlə xidmət edəcəklərini vurğulayıblar. Qeyd ediblər ki, onlara göstərilən etimadı doğrultmaq üçün var qüvvələri ilə çalışaraq ədliyyə işçisi adını daim uca tutacaqlar.

Sonda təntənəli qaydada and içən əməkdaşlara xidməti vəsiqələr təqdim edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Noyabr 2024 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri