Penitensiar xidmətinin Mühafizə alayına komandir təyin edilib
Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayının (bundan sonra - Mühafizə alayı) komandiri vəzifəsinə təyinat həyata keçirilib.
APA-nın əldə etdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Mühafizə alayının komandirinin müavini polkovnik-leytenant Bəxtiyar Məmmədov alayın komandiri vəzifəsinə təyin olunub.
Bəxtiyar Məmmədov 1987-ci ildə anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2010-cu ildə daxili işlər orqanlarında başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ilin iyun ayından xidmətini ədliyyə orqanlarında davam etdirərək Mühafizə alayının komandirinin müavini vəzifəsinə təyin edilib. Məlumat üçün qeyd edək ki, Bəxtiyar Məmmədova 2025-ci ilin sentyabr ayından etibarən Mühafizə alayının komandiri vəzifəsinin icrası həvalə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 19 Fevral 2026 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















