Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayında andiçmə mərasimi keçirilib
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayında həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Newscenter.az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı hərbi marş sədaları altında meydanın mərkəzinə gətirilib, şəhidlərin abidəsi önünə gül dəstələri qoyulub, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra ədliyyə naziri Fərid Əhmədovun təbrik və tövsiyələri gənc əsgərlərə çatdırılıb.
Böyük Zəfərin 5-ci ildönümünə təsadüf edən andiçmə mərasimində Vətənə, xalqa və dövlətə sədaqət andı içən gənc əsgərlər Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əmrinə hər zaman hazır olduqlarını, nizam-intizamı qoruyacaqlarını bildiriblər.
Sonda şəxsi heyətin marş sədaları altında təntənəli keçidi izlənilib.
Süleyman
Bu mövzuda digər xəbərlər:Penitensiar xidmətin Mühafizə alayında andiçmə mərasimi keçirilib
01 Dekabr 2025 09:50
Penitensiar Xidmətin mühafizə alayında gənc əsgərlərin andiçmə mərasimi olub
30 Noyabr 2024 12:26
Penitensiar Xidmətin mühafizə alayında gənc əsgərlərin andiçmə mərasimi olub AZƏRTAC
30 Noyabr 2024 12:23
“Uşaq Hüquqları Aylığı” çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Yetkinlik Yaşına Çatmayanlar üçün Penitensiar Müəssisəsində tədbir keçirilib
19 Noyabr 2025 12:38
Baxış sayı:90
Bu xəbər 01 Dekabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















