Icma.az
close
up
RU
Pensiya alanlara müjdə: ödəniş ARTA BİLƏR KONKRET

Pensiya alanlara müjdə: ödəniş ARTA BİLƏR KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda pensiya alan şəxslərin yenidən əmək fəaliyyətinə başlaması ilə bağlı suallar tez-tez müzakirə olunur.

Bəs işləməyə davam edən və ya yenidən işə qayıdan şəxsin pensiya məbləği arta bilərmi? Bu halda qanunvericilik hansı imkanları nəzərdə tutur?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, pensiya alan şəxsin yenidən işləməsi məbləğin avtomatik artması demək deyil:

 “Lakin əmək fəaliyyətinin davam etdirilməsi gələcəkdə pensiyanın yenidən hesablanmasına əsas yarada bilər. Əsas şərt odur ki, işlədiyi dövrdə həmin şəxs üçün məcburi dövlət sosial sığorta haqları ödənilsin. Çünki pensiya məbləğinin hesablanmasında sosial sığorta ödənişləri mühüm rol oynayır. Əgər vətəndaş rəsmi əmək müqaviləsi ilə çalışırsa və əməkhaqqından sosial sığorta haqları tutulursa, onun fərdi hesabında pensiya kapitalı artmağa davam edir. Bu isə qanunvericilikdə nəzərdə tutulan hallarda pensiyanın yenidən hesablanmasına imkan yaradır. Lakin bu artım hər ay yaxud hər il avtomatik tətbiq edilmir. Yenidən hesablama qanunvericilikdə müəyyən edilmiş qaydalar əsasında aparılır. Pensiyanın nə qədər artacağı işlənilən müddətdən və ödənilən sosial sığorta haqlarının məbləğindən asılıdır”.

İqtisadçı bildirib ki, yüksək rəsmi əməkhaqqı alan şəxslərin pensiya kapitalı daha sürətlə artır:

 “Əksinə, aşağı əməkhaqqı ilə işləyənlərdə artım da məhdud ola bilər. Buna görə də hər kəs üçün eyni məbləğdə artım gözləmək düzgün deyil. Qeyri-rəsmi məşğulluq isə gələcək pensiya baxımından heç bir üstünlük yaratmır. Əmək müqaviləsi olmadan işləyən şəxslər üçün sosial sığorta ödənişləri həyata keçirilmədiyi halda pensiya kapitalı da artmır. Bu səbəbdən rəsmi məşğulluq gələcək sosial təminat baxımından böyük əhəmiyyət daşıyır”.

A.Nəsirlinin sözlərinə görə, pensiya alan şəxslər yenidən işə başlayarkən əmək müqavilələrinin düzgün rəsmiləşdirilməsinə diqqət etməlidirlər:

“İşəgötürənin sosial sığorta haqlarını tam və vaxtında ödəməsi vacibdir. Vətəndaşlar fərdi sığorta hesablarındakı məlumatları mütəmadi yoxlamalıdırlar. Bu, gələcəkdə pensiyanın yenidən hesablanması zamanı yarana biləcək problemlərin qarşısını almağa kömək edir. Nəticə etibarilə, yenidən işləmək pensiyanın artmasına imkan yarada bilər, lakin bunun üçün əsas şərt rəsmi əmək fəaliyyəti və sosial sığorta ödənişlərinin tam şəkildə həyata keçirilməsidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 İyul 2026 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see365

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see354

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see289

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see285

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see283

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see279

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see275

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see260

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see235

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see223

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see222

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see221

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see218

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see214

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see214

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see212

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see197

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see183

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri