Icma.az
close
up
RU
Pensiya alanlara MÜJDƏ: ÖDƏNİŞ ARTA BİLƏR

Pensiya alanlara MÜJDƏ: ÖDƏNİŞ ARTA BİLƏR

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Azərbaycanda pensiya alan şəxslərin yenidən əmək fəaliyyətinə başlaması ilə bağlı suallar tez-tez müzakirə olunur.
Bəs işləməyə davam edən və ya yenidən işə qayıdan şəxsin pensiya məbləği arta bilərmi? Bu halda qanunvericilik hansı imkanları nəzərdə tutur?
Bizim.Media
Globalinfo.az-a istinadla xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli pensiya alan şəxsin yenidən işləməsi məbləğin avtomatik artması demək olmadığını bildirib:
 

"Lakin əmək fəaliyyətinin davam etdirilməsi gələcəkdə pensiyanın yenidən hesablanmasına əsas yarada bilər. Əsas şərt odur ki, işlədiyi dövrdə həmin şəxs üçün məcburi dövlət sosial sığorta haqları ödənilsin. Çünki pensiya məbləğinin hesablanmasında sosial sığorta ödənişləri mühüm rol oynayır.


Əgər vətəndaş rəsmi əmək müqaviləsi ilə çalışırsa və əməkhaqqından sosial sığorta haqları tutulursa, onun fərdi hesabında pensiya kapitalı artmağa davam edir. Bu isə qanunvericilikdə nəzərdə tutulan hallarda pensiyanın yenidən hesablanmasına imkan yaradır. Lakin bu artım hər ay yaxud hər il avtomatik tətbiq edilmir. Yenidən hesablama qanunvericilikdə müəyyən edilmiş qaydalar əsasında aparılır. Pensiyanın nə qədər artacağı işlənilən müddətdən və ödənilən sosial sığorta haqlarının məbləğindən asılıdır".
İqtisadçı bildirib ki, yüksək rəsmi əməkhaqqı alan şəxslərin pensiya kapitalı daha sürətlə artır:
"Əksinə, aşağı əməkhaqqı ilə işləyənlərdə artım da məhdud ola bilər. Buna görə də hər kəs üçün eyni məbləğdə artım gözləmək düzgün deyil. Qeyri-rəsmi məşğulluq isə gələcək pensiya baxımından heç bir üstünlük yaratmır. Əmək müqaviləsi olmadan işləyən şəxslər üçün sosial sığorta ödənişləri həyata keçirilmədiyi halda pensiya kapitalı da artmır. Bu səbəbdən rəsmi məşğulluq gələcək sosial təminat baxımından böyük əhəmiyyət daşıyır".
A.Nəsirlinin sözlərinə görə, pensiya alan şəxslər yenidən işə başlayarkən əmək müqavilələrinin düzgün rəsmiləşdirilməsinə diqqət etməlidirlər:
"İşəgötürənin sosial sığorta haqlarını tam və vaxtında ödəməsi vacibdir. Vətəndaşlar fərdi sığorta hesablarındakı məlumatları mütəmadi yoxlamalıdırlar. Bu, gələcəkdə pensiyanın yenidən hesablanması zamanı yarana biləcək problemlərin qarşısını almağa kömək edir. Nəticə etibarilə, yenidən işləmək pensiyanın artmasına imkan yarada bilər, lakin bunun üçün əsas şərt rəsmi əmək fəaliyyəti və sosial sığorta ödənişlərinin tam şəkildə həyata keçirilməsidir".
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 İyul 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri