Pensiya ilə bağlı vacib detal Gizli rəqəmlər üzə çıxdı KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, iyulun 1-dən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay olub. Ekspertlər hesab edir ki, bu, sözügedən şəxslərin əmək bazarında uzun müddət qalmasına və əməkhaqqı əsasında yüksək pensiya almasına şərait yaradır. Eyni zamanda, dəyişiklik dövlət büdcəsinin pensiya ödənişlərində qənaət etməsinə imkan verir.
Qadınların pensiya yaşının artırılması ilə dövlət nə qədər qənaət etmiş olacaq?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Kənan Quluzadə deyib ki, artıq daha az insan qısa müddətdə pensiya alacaq:
“Çünki onlar daha gec təqaüdə çıxacaqlar. Bununla, dövlət həmin insanlara pensiya ödəmək öhdəliyini bir müddət gecikdirir. Həmçinin insanlar işlədikləri zamanda sosial sığorta haqları ödəyirlər və bu, büdcəyə əlavə vəsait qazandırır.
Nəzərə alsaq ki, qadın pensiyaçıların sayı təxminən 300 mindir və orta aylıq pensiya 400 manatdır, uzadılan müddət 6 ay müddətinə görə dövlətin qənaəti 720 milyon manat olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 01 İyul 2025 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















