Pensiya kapitalı nə qədər artırılacaq? Rəsmi rəqəm elan olundu
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Əmək Pensiyaları” haqqında Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşların pensiya kapitalı da indeksləşdirilərək hər il artırılır”.
Globalinfo.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir:
“Yəni pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılılır. Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2025-ci ildə illik inflyasiya səviyyəsi 5.6 faiz olub. Bu o deməkdir ki, vətəndaşlarımızın 1 yanvar 2026-cı il tarixinə olan pensiya kapitalları 5.6 faiz artırılacaq. Belə ki, əgər vətəndaşın 40 min manat pensiya kapitalı varsa, onun yığımına 2 min 240 manat əlavə olunacaq. Nəticədə, həmin vətəndaşımızın pensiya kapitalı 42 min 240 manat olacaq”.
Millət vəkili bildirib ki, pensiya kapitalın indeksləşdirilərək artırılması ilə bağlı gələn ayın əvvəllərində Prezident tərəfindən sərəncamın imzalanacağı gözlənilir:
“Bununla da istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçiriləcək. Pensiya kapitalının indeksləşdirilməsi yığılan pulların inflyasiyadan qorumaq məqsədi daşıyır. Məqsəd həmin vəsaitlərə qiymət artımlarının təsirlərini minimumlaşdırmaqdadır. Pensiya kapitalının indeksləşdirilməsi ilə pensiyaların indeksləşdirilərək artırılması eyni anlama gəlməməlidir. Pensiya kapitalı inflyasiya səviyyəsinə, əmək pensiyaları isə əvvəlki ildə orta aylıq əmək haqqıda artım faizinə uyğun olaraq artırılır. Pensiya kapitalında artım 5.6 faiz olsa da, əmək pensiyalarının 9.2 faiz artacağı gözlənilir”.
Günel Cəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 26 Yanvar 2026 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















