Pensiya kapitalı nə qədər artırıldı?
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
"Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Azərbaycan Prezidentinin Sərəncamına əsasən, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçirildi. Yəni yalnız əmək pensiyalarında deyil, həmçinin pensiya kapitalında da artım həyata keçirildi. Sərəncama uyğun olaraq, pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılılır.
Axar.az xəbər verir ki, bu sözləri deputat, iqtisadçı Vüqar Bayramov qeyd edib.
"Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə illik inflyasiya səviyyəsi 5.6 faiz olub. Bu o deməkdir, vətəndaşlarımızın 1 yanvar 2026-cı il tarixinə olan pensiya kapitalları 5.6 faiz artırıldı. Belə ki, əgər vətəndaşın 40 min manat pensiya kapitalı varsa, onun yığımına 2 min 240 manat əlavə olunur. Nəticədə, həmin vətəndaşımızın pensiya kapitalı 42 min 240 manata çatır.
Pensiya kapitalının indeksləşdirilməsi yığılan pulları inflyasiyadan qorumaq məqsədi daşıyır. Məqsəd həmin vəsaitlərə qiymət artımlarının təsirlərini minimumlaşdırmaqdadır", - o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 12 Fevral 2026 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















