Icma.az
close
up
RU
Pensiya ödənişləri niyə artıb?

Pensiya ödənişləri niyə artıb?

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, bu ilin ilk 7 ayında pensiya ödənişlərinə ötən ilin uyğun dövrü ilə müqayisədə 10 faiz çox vəsait ayrılıb. Bu o deməkdir ki, 367 milyon manat çox olmaqla həmin müddətdə pensiyaların verilməsinə 4 milyard 142 milyon manat xərclənib".

Oxu.Az xəbər verir ki, bu barədə iqtisadçı-deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

Deputat pensiya ödənişlərindəki artım daha çox 2025-ci ildə 5-ci sosial paketin tətbiqi ilə bağlı olduğunu bildirib.

"Belə ki, sosial paket çərçivəsində bu ilin əvvəlindən etibarən bütün növ əmək pensiyaları 8.1 faiz indeksləşdirilərək artırılıb. Eyni zamanda, bu ilin fevralın 1-dən minimum pensiya 14.3 faiz artımla 320 manata çatdırılıb. Bunlar isə pensiya xərclərinə birbaşa təsir göstərib.

Pensiya artımları 1.1 milyon vətəndaşımızı əhatə edib. Bu baxımdan bu qərarlar ümumi pensiya ayırmalarının artmasına səbəb olub.

Digər tərəfdən, bu ilin geridə qalan aylarında pensiya təyinatları da davam etdirilib. Yeni pensiya təyinatları dövlət büdcəsindən bu istiqamətə əlavə vəsait ayrılması anlamına gəlir. Həmin müddətdə 27 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib. Qeyd edək ki, bu aralıqda 94 200 nəfərdən çox şəxsə proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunub. Bu isə prosesin elektronlaşmasından və qərarların çevik qəbulundan xəbər verir.

2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin sosial xərcləri 16.9 milyard manat təşkil edəcək. Sosial müdafiə və sosial təminat xərcləri isə 4.8 milyard manatdır. Bu isə 2025-ci ildə sosial istiqamətə, o cümlədən pensiya ödənişlərinə daha çox vəsaitin ayrılması deməkdir", - deyə deputat qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Avqust 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri