Pensiya təminatı məsələsinə yenidən baxılması təklif olunur
Icma.az xəbər verir, Anews saytına əsaslanaraq.
Azərbaycanda pensiya təminatı məsələsinə yenidən baxılmalıdır. Bunu deputat Arzuxan Əlizadə deyib.
"Pensiya təminatı məsələsinə yenidən baxılmalıdır. Azərbaycanda insanların ömür yaş həddi yüksək deyil. Statistika göstərir ki, hər il pensiyaçıların sayı azalır. Təklif edirəm ki, şəxs pensiyaya çıxandan sonra fərdi sahibkar qismində işləmək istəyirsə, pensiya fondunda yığılan pulun bir hissəsi ona verilsin. Həmçinin şəxs dünyasını dəyişərsə onun pensiya fonduna yığılan vəsait ailə üzvlərinə verilsin", - deputat noyabrın 26-da Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Deputat həmçının söyləyib ki, şəxs pensiyaya çıxandan sonra onun təqaüdə göndərilməsi məsələsi könülük prinsipi əsasında olmalıdır.
Gülnar Nazimqızı
www.anews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 26 Noyabr 2024 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















