Parlamentdə qaçqınların statusuna yenidən baxılması təklif olunur
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Qərbi Azərbaycana qayıdışın qanunvericilik bazası yaradılmalı, ata-baba yurdlarına qayıtmaq istəyən şəxslərin qaçqın statusuna yenidən baxılmalıdır.
Modern.az xəbər verir ki, bunu deputat Əziz Ələkbərli Milli Məclisin plenar iclasında çıxışı zamanı bildirib.
"Qərbi Azərbaycana qayıdış məsələsi yalnız qaçqınların doğma yurdlarına dönməsi deyil, eyni zamanda Azərbaycanın gələcək təhlükəsizliyi və bölgədə dayanıqlı sülhün təmin olunması baxımından da əhəmiyyətlidir. Qayıdışın təmin edilməsi üçün ilk növbədə hüquqi baza formalaşdırılmalı, Qərbi Azərbaycana qayıtmaq istəyən şəxslərin hüquq və vəzifələri Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına uyğun şəkildə dəqiqləşdirilməlidir", - deyə o qeyd edib.
Deputatın sözlərinə görə, qanunvericilikdə məcburi köçkünlərlə bağlı müddəalarda qaçqınların da hüquqları nəzərə alınmalıdır:
"Xüsusilə sosial müdafiəyə ehtiyacı olan Qərbi Azərbaycan qaçqınlarının həssas qrup kimi diqqətdə saxlanılmasını vacib hesab edirəm . Bu istiqamətdə müvafiq güzəştləri tətbiq edilməlidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 17 Noyabr 2026 22:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















