Icma.az
close
up
RU
Pensiya və müavinət alanlara güzəştlər olunur

Pensiya və müavinət alanlara güzəştlər olunur

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2023-cü ildən Azərbaycanda pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və kompensasiya alan şəxslər üçün “Sosial tərəfdaş” adlı layihəyə start verilib. Layihə dövlət və özəl sektor arasında sosial dəstək məqsədli tərəfdaşlıq nümunəsidir.

Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, layihə çərçivəsində yaşa, əlilliyə, ailə başçısını itirməyə görə pensiya, istənilən növ müavinət və təqaüd alan şəxslərə, sosial yardım alan ailələrə, Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə endirimlər təklif olunur.

“Vətəndaşlar artıq e-sosial mobil tətbiqini telefonlarına yükləyib qeydiyyatdan keçməklə tətbiqdə göstərilən “Sosial tərəfdaş” barkodunu əldə edir. Həmin barkod vasitəsi ilə tərəfdaş olan xidmət sahələrində, böyük super marketlər, aptek, klinika və mağazalarda alış-veriş etdikdən sonra kassaya ödəniş zamanı təqdim etdikləri barkod vasitəsi ilə endirimlərdən yararlana bilərlər. Artıq barkod endirimləri mərhələli şəkildə genişlənir. Endirim faizləri və tərəfdaş müəssisələrin siyahısı mütəmadi olaraq www.sosialterefdash.az saytında yenilənir. Vətəndaşlar sayta daxil olub bu məlumatlarla tanış ola bilərlər”.

Qeyd olunub ki, hazırda endirimlər “Bazarstore”, AL Marketlər, “Pharmastore”, “Buta”, “Aloe”, “Dokta” aptekləri şəbəkəsində tətbiq olunur. Yaxın zamanda layihəyə digər market, aptek və klinikaların da qoşulması planlaşdırılır:

“Bundan başqa layihənin əhatə dairəsini genişləndirmək üçün “Sosial Tərəfdaş” loyallıq proqramı “Üçüncü Bahar” İctimai Birliyi ilə də əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində yaşlıların sosial aktivliyinin və maliyyə savadlılığının artırılması, eyni zamanda endirim imkanlarından daha rahat faydalanmaları üçün birgə təşəbbüslər həyata keçirilir. Qeyd edək ki, ötən müddət ərzində 1 778 549 əməliyyat həyata keçirilib, vətəndaşlar alış-veriş və xidmətlərdən istifadə zamanı təklif olunan endirimlərdən faydalanıblar”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 15 Sentyabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri