Icma.az
close
up
RU
Pensiya yaşı 5 il azaldılır? Sabiq nazirdən vacib açıqlama

Pensiya yaşı 5 il azaldılır? Sabiq nazirdən vacib açıqlama

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkədə pensiya yaşının artılacağı istiqamətində müzakirələr davam edir. Digər tərəfdən bildirilir ki, Azərbaycan bu məsələdə MDB məkanında hətta liderlik edir. Yəni sovet dövrü ilə müqayisədə ömür uzunluğu azı 10 il azalıb, amma pensiya yaşı əksinə, 5-6 il qaldırılıb. Təklif edilir ki, pensiya yaşı 5 il azaldılsın.

Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov deyib ki, Azərbaycanda bu gün hansı motivlərlə əsaslandırılmasından asılı olmayaraq, pensiya yaşının artırılması doğru addım sayıla bilməz:

“Belə qərar cəmiyyətdə insanların ciddi narazılığına səbəb olar. Onsuz da biz indiki pensiya yaşı ilə vaxtilə bir məkanda olduğumuz ölkələrdən öndəyik. Fikrimcə, indi hökumət daha çox pensiya yaşı ilə insanlarımızın real orta yaşının uzlaşdırılması üzərində düşünməli və bunun tam optimallaşdırılmasını təmin edən addımlar atmalıdır. Digər mühüm məsələlərdən biri də insanların orta yaşının artırılmasını təmin edə biləcək tədbirlərin effektivliyinin təmin olunmasıdır”.

Fikrət Yusifov

Sabiq nazir bildirib ki, ölkəyə gətirilən və bir çox hallarda aşağı keyfiyyətli olması səbəbindən insanların sağlamlığına zərbə vuran qida və dərmanların idxalının qarşısı alınmalıdır:

“Həmçinin keyfiyyətli yerli ərzaq məhsullarının istehsalının artırılmasını təmin edə biləcək yollar tapmalıyıq. Bu gün istehlak etdiyimiz ərzaq məhsullarının 2/3 hissəsini xaricdən idxal edirik. Bir aqrar ölkə kimi bu, sadəcə utancverici haldır. Yaxşı olardı ki, hökumət bu kimi məsələlərin həlli istiqamətində qətiyyətli addımlar atsın. Ölkəyə keyfiyyətsiz məhsulların və dərmanların idxalının qarşısının alınması, yerli və yüksək keyfiyyətli ərzaq məhsullarının istehsalının artırılması son nəticədə əhalinin orta yaş həddinin artmasını təmin edər. Yalnız bu halda ölkədə əhalinin pensiya yaşının yenidən baxılması mümkün olar. İndi isə bunun zamanı deyil”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 Oktyabr 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri