Icma.az
close
up
RU
Pensiya yaşı azaldılır? KONKRET

Pensiya yaşı azaldılır? KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Pensiya yaşı ən yüksək olan MDB ölkələri sırasında Azərbaycanın da adı yer alır. Bu səbəbdən sosial şəbəkələrdə pensiya yaşının azaldılması ilə bağlı müzakirə gedir. Xüsusilə iş tapmaqda çətinlik çəkən, sağlamlıq problemləri ilə üzləşən vətəndaşlar pensiya yaşının azaldılmasının zəruriliyini qeyd edirlər.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanda pensiya yaşı məhz 2017-ci ildə qəbul edilən qaydalara əsasən müəyyənləşir. O xatırladıb ki, həmin qaydalarla həm kişilər, həm qadınlar üçün pensiya yaşı müəyyənləşib və dəyişdirilib: “Ümumiyyətlə, dünya praktikasında pensiya yaşı müəyyənləşdirilən zaman orta ömür müddəti nəzərə alınır. Bir sıra ölkələrdə məhz qadınlar və kişilər üçün fərqli pensiya yaşının müəyyənləşdirilməsi praktikasından istifadə olunub.

Təbii ki, əsas meyar orta ömür müddətidir. Amma bir sıra ölkələrdə, eləcə də Avropa ölkələrində, məsələn, Polşada qadınlar kişilərlə müqayisədə daha tez pensiyaya çıxmaq hüququ qazanırlar. Bu da təbii ki, pensiya yaşı ərəfəsində qadınların daha çox sosial təminata ehtiyacının olması ilə bağlıdır. Bu baxımdan bir bəzi ölkələrdə qadınlarla kişilərin pensiya yaşına differensial yanaşma var. Bizim də təklifimiz ondan ibarətdir ki, qadınlarla kişilərin pensiya yaşına differensal baxılsın. Azərbaycanda da qadınların kişilərlə müqayisədə daha tez pensiyaya çıxması və bunun qorunub saxlanılması məqsədəuyğundur. Düzdür, mövcud qaydalara əsasən qadınlar kişilərlə müqayisədə daha tez pensiyaya çıxırlar.

Nəzərə alsaq ki, 2017-ci ildə qəbul edilmiş qaydalara uyğun olaraq qadınların pensiya yaşı kişilərin pensiya yaşına çatdırılacaq. Biz təklif edirik ki, qadınlar üçün pensiya yaşı kişilərlə müqayisədə daha aşağı olsun. Bu da qadınların daha tez pensiyaya çıxmasını təmin edə bilər. Eyni zamanda bəzi ölkələrdə digər keyfiyyət meyarlarından da istifadə olunur. Məsələn, çoxuşaqlı anaların daha tez pensiayya çıxması bizim qanunvericilikdə var. 5 və daha artıq uşağı olan analar, bir sıra hallarda atalar beş il pensiyaya daha tez çıxırlar, amma buna da baxılması və məhz çoxuşaqlı ailə anlayışının pensiya yaşı aspektindən dəyişilməsi də məqsədəuyğun olardı. Eyni zamanda tək qadınlar üçün də məhz pensiya yaşında güzəştlərin tətbiq edilməsi məqsədəuyğun olardı. Bu baxımdan yanlız kəmiyyət deyil, həm də keyfiyyət meyarlarından istifadə olunmasını təklif edirik. Bu da təbii ki, pensiya təminatında və xüsusən sosial təminata daha çox ehtiyacı olan vətəndaşlarımızın daha tez pensiyaya çıxmasını təmin edə bilər. Nəzərə alsaq ki, ümumiyyətlə pensiya islahatları dərinləşir və bu sektorda islahatlara davam etdirilir. Bu baxımdan məhz keyfiyyət meyarlarından istifadə olunması pensiya sahəsində aparılan islahatların bir elementinin olmasını təklif edirik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 May 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri