Icma.az
close
up
RU
Pensiya yaşı yenidən gündəmdə Fərqli baxışların səbəbi

Pensiya yaşı yenidən gündəmdə Fərqli baxışların səbəbi

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda insanların orta yaşı dünya ölkələri ilə müqayisədə az olsa da, pensiya yaşı çoxdur. 65 yaş həddi ilə bağlı uzun zamandır mübahisə var və əksəriyyət bunun azaldılmasının tərəfdarıdır.

Milli Məclisin son iclasında çıxış edən deputat Tahir Kərimli yenidən pensiya yaşı ilə bağlı məsələ qaldırıb. O, Əmək Məcəlləsinə ediləcək dəyişiklik zamanı pensiya yaşının aşağı salınması ilə bağlı təklifin nəzərə alınmasını xahiş edib.

T.Kərimli onu da deyib ki, pensiya sığortasının təyinatı üçün 25 il iş ştajı böyük rəqəmdir: “Bu rəqəm 12 ilə endirilməlidir. Orta yaş aşağı olduğu üçün pensiya yaşını da aşağı salmalıyıq”.

Deputat qeyd edib ki, sosial vəziyyətin təminatını müsbət yöndə qorumaq üçün dövlət büdcəsindən maliyyələşən şəxslər pensiyaya çıxmaqla da iş fəaliyyətinə davam edə bilər: “1,5 milyard manat büdcə gəlirimizin olması bu istiqamətdə problemlərin yaranmasına imkan verməz”.

“Getdikcə daha çox aktuallıq kəsb edən bir sosial problemi millət vəkillərinin və hökumətin diqqətinə çatdırmaq istəyirəm. Bir neçə il bundan qabaq Əmək Məcəlləsinə edilən dəyişikliyə görə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyənlərin son yaş həddi 65 yaş müəyyən edilib. Yalnız cüzi istisnalarla ildə bir dəfə uzadılmaqla işçi 70 yaşa çatanadək işləyə bilər”. 

Bunu isə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib. 

O deyib ki, son zamanlar xüsusilə təhsil, səhiyyə və TƏBİB-ə aid təşkilatlarda yaş məhdudiyyətinin tətbiqi sərt xarakter alıb: 

“Sanki bu insanlarla uzun illər həmin peşənin mütəxəssisi olmamış, heç bir bilik və bacarığa malik deyillərmiş kimi davranaraq onları elə ad günündəcə işdən azad edirlər. Təşkilatda olan alternativ vakant iş yerləri də onlara təklif olunmur. Bu isə təhsil və tibb işçiləri arasında ciddi narazılıq və sosial gərginlik yaradır. Bizə edilən müraciətlərin sayı və xarakteri də müvafiq yumşalmanın vacibliyini diktə edir.

Nəzərə alsaq ki, bu peşə sahiblərinin pensiyası da təxminən minimum pensiya həddindədir və başqa iş tapmaq imkanı da praktik olaraq mümkün deyil, onda uzun illər cəmiyyətə təhsil verən və sağlamlığının keşiyində dayanan bu nəcib peşə sahiblərinə qarşı belə davranışı nə milli, nə də dövlət əxlaqına sığışdırmaq mümkündür. Təəssüf ki, fərdi qaydada etdiyimiz müraciətlər də müsbət həll olunmur.

Mənim fikrimcə, yaş həddi insanın çalışma imkanına əngəl olmamalıdır. Əgər bilik və bacarığı, sağlamlığı imkan verirsə, müvafiq sertifikasiya və attestasiyadan keçibsə, formal yaş məhdudiyyətinə görə insanları əmək fəaliyyətindən kənarda qoymaq doğru deyil. Bu, vətəndaşın konstitusiya ilə təmin olunan əmək hüququnun pozulmasıdır.

Təklif edirəm ki, Əmək Məcəlləsində dəyişiklik edək və dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışmanın son həddi 65 yaşdan 70 yaşa qaldırılsın".

Bu fərqli baxışların səbəbi nədir? Niyə vəzifəli şəxslər vəzifədə ölənədək qalmaq istəyir? Sadə vətəndaşlar pensiya yaşının azaldılmasını tələb etdikləri halda, yağlı vəzifələrdəki məmurların orada 70 yaşadək qalmaq istəyi deputatın dili ilə gündəmə gətirilirsə, burada şübhəsiz ki, dövlətə faydadan çox şəxsi maraqlar var...

Natiq Cəfərli: “İnflyasiyanın və qiymət artımının səbəbi...” » Reyting.az

Natiq Cəfərli: “Azərbaycanda təqaüdlərin aşağı olması məsələsini həll etmək lazımdır ki, vətəndaş özü 60-65 yaşda təqaüdə çıxmağa maraqlı olsun”

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, təqaüd yaşı ilə bağlı müzakirələr çox bəsit və üzdən aparılır, halbuki məsələnin kökü çox dərindir: “Çox təəssüf ki, təqaüd yaşının aşağı salınması, onun müsbət və mənfi cəhətləri, səbəbləri haqqında ciddi bir diskussiya açılmır. Məsələn, Musa Quliyevin təklifinin məntiqi ondan ibarətdir ki, dövlət, hökumət orqanlarınıda, yəni büdcə təşkilatlarında işləyənlər təqaüdə çıxmaq istəmirlər. Səbəb isə maaşlarının pensiya təqaüdündən daha yüksək olmasıdır. Yəni onların pensiya fonduna topladıqları yüksək olmur və sonra normal təqaüd ala bilmirlər, ona görə də işləmək istəyirlər. Musa Quliyevin açıqlaması həm də bunu dolayısı yolla təsdiq edir”.

Ekspertin sözlərinə görə, Azərbaycanda əhalinin böyük əksəriyyəti pensiya yaşının aşağı salınmasını istəmir: “Dünyanın hər yerində təqaüd yaşının artırılması ilə bağlı təklif olan kimi əhali buna etiraz edir. Məsələn, bugünlərdə Fransada böyük etirazlar oldu, eyni cür etirazları Avropanın bir sıra ölkələrində gördük.

Azərbaycanda isə əksinə, əhalinin böyük bir qismi təqaüd yaşının artırılmasından məmnundur, çünki onların təqaüdləri çox aşağıdır. Yəni bu məsələni həll etmək lazımdır. İnsanlarımız təqaüdə çıxdıqdan sonra aldıqları təqaüdlə normal yaşaya biləcəklərsə, təbii ki, daha tez təqaüdə çıxmaq istəyəcəklər. 

Tahir Kərimlinin yanaşması isə yenə də məsələnin kökünü anlamadan, daha çox populist yanaşma idi. Məsələnin köklərini araşdırmaq, sorğular keçirmək lazımdır ki, insanlarımız doğrudan da istəyirlərmi ki, təqaüd yaşı aşağı düşsün, bu, onlar üçün xeyirlidirmi? Təəssüf ki, vətəndaşların ömrünün həcmi azalır, əsasən də kişilərdə orta yaş həddi getdikcə aşağı düşür, onların təqaüdə çıxdıqdan sonra vəsait alması çox çətinləşir. Lakin bunun da yolları var. Qanunvericilikdə heç bir maneçilik olmadığı halda bu günə qədər belə bir mexanizm yaradılmayıb ki, vətəndaşlar özlərinin yığılan pensiya vəsaitindən istifadə etmək və yaxud onu öz vərəsələrinə vermək hüququna malik olsunlar. Əslində isə yığdıqları həmin vəsaiti avtomatik olaraq, vərəsələri almalıdır və dünyanın hər yerində belədir. Beləliklə, Azərbaycanda təqaüdlərin aşağı olması məsələsini həll etmək lazımdır ki, vətəndaş özü 60-65 yaşda təqaüdə çıxmağa maraqlı olsun. Bizdə əhalinin böyük əksəriyyəti təqaüdə çıxmaqda maraqlı deyil. Problemin kökündə dayanan əsas məsələ budur".

Azərbaycanda da süni ət istehlakı ola bilərmi?

Akif Nəsirli: “Bu məsələ ilə bağlı fikir bildirən deputatların səmimiyyətinə inanmıram”

İqtisadçı Akif Nəsirli isə mövzuya bu cür şərh bildirdi: “Sözün doğrusu, deputatların bu fikirləri ilə tanış olanda məndə belə bir təəssürat yarandı ki, sanki onlar bir tamaşa qurublar. Yəni mən nə Musa Quliyevin, nə Tahir Kərimlinin səmimiyyətinə inanmıram.

Məsələ burasındadır ki, reallıq tamam başqadır. Reallıq ondan ibarətdir ki, bu gün Azərbaycanda pensiya yaşı kişilər üçün 65 yaşdır, qadınlar üçün isə 2027-ci ilə qədər 65 yaşa çatdırılacaq. Yəni hədəf qadınların da 65 yaşda pensiya çıxmasını təmin etməkdir. Lakin BMT-nin statistikasına görə, Azərbaycanda orta ömür uzunluğu beynəlxalq standartlara əsasən təxminən 71 yaşdır. Azərbaycan hökuməti vətəndaşı 65 yaşda pensiyaya çıxardanda onun sığorta kapitalının illərə bölünməsi prosesini bu cür hədəfləyir ki, pensiyaçı 12 il pensiya ilə təmin olunsun.

Yəni sığorta stajı bölünür 144 aya, yəni 12 ilə və həmin illərlə nə qədər vəsait düşürsə, o qədər də vətəndaşa pensiya verilir, məsələn, 180 manat və ya 280-320 manat və sairə. Vətəndaş da 71 il, yəni təyin olunan 12 illik pensiyanın cəmi 6 ilini yaşayır, 6 ili isə boşa qalır. Bunu nəzərə alaraq, Tahir Kərimlinin fikirlərində bir həqiqət payı var ki, əgər hökumət vətəndaşı pensiyaya çıxardanda 12 il ona pensiya ödəmək öhdəliyini götürürsə, vətəndaş isə 6 il yaşayırsa, bu məsələni vətəndaşın xeyrinə həll etmək lazımdır. Yəni ya sığorta stajını 12 ilə deyil, 6 ilə bölməlidir, ya da pensiya yaşını 60-a, 59-a salmalıdır ki, vətəndaşa nəzərdə tutulan pensiya sona qədər ödənilsin. Azərbaycan hökuməti, sadəcə, pensiyaçılara daha az pul xərcləmək üçün 12 il hədəflənməsinə baxmayaraq, reallıqda 6 il pensiya verir.

Digər tərəfdən, hökumətin hədəfi odur ki, işçini, əməkçini 65 yaşda pensiyaya çıxarsın, onu yerini gənc nəsil tutsun. Belə olan halda hökumət 65 yaşına çatmış vətəndaşa pensiyaçıya layiqli həyat təminatı verməlidir. Amma layiqli həyata təminat vermir, üstəlik, 65 yaşdan sonra iş yerlərini üzünə qapadır. Nəticədə vətəndaş qalır ya övladlarının ümidinə, ya həyat şəraitini təmin etmək üçün başqa bir leqal məşğulluqla məşğul olur, ya da düşüb küçələrə dilənir. Bu gün küçələrdə nə qədər dilənən təqaüdçü görürük. Bunu aradan qaldırmaq üçün Azərbaycan hökuməti pensiya sistemini normallaşdırmalıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 May 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri