Icma.az
close
up
RU
Pensiya yaşı yenidən gündəmdə Fərqli baxışların səbəbi

Pensiya yaşı yenidən gündəmdə Fərqli baxışların səbəbi

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda insanların orta yaşı dünya ölkələri ilə müqayisədə az olsa da, pensiya yaşı çoxdur. 65 yaş həddi ilə bağlı uzun zamandır mübahisə var və əksəriyyət bunun azaldılmasının tərəfdarıdır.
Milli Məclisin son iclasında çıxış edən deputat Tahir Kərimli yenidən pensiya yaşı ilə bağlı məsələ qaldırıb. O, Əmək Məcəlləsinə ediləcək dəyişiklik zamanı pensiya yaşının aşağı salınması ilə bağlı təklifin nəzərə alınmasını xahiş edib.
T.Kərimli onu da deyib ki, pensiya sığortasının təyinatı üçün 25 il iş ştajı böyük rəqəmdir: “Bu rəqəm 12 ilə endirilməlidir. Orta yaş aşağı olduğu üçün pensiya yaşını da aşağı salmalıyıq”.
Deputat qeyd edib ki, sosial vəziyyətin təminatını müsbət yöndə qorumaq üçün dövlət büdcəsindən maliyyələşən şəxslər pensiyaya çıxmaqla da iş fəaliyyətinə davam edə bilər: “1,5 milyard manat büdcə gəlirimizin olması bu istiqamətdə problemlərin yaranmasına imkan verməz”.
“Getdikcə daha çox aktuallıq kəsb edən bir sosial problemi millət vəkillərinin və hökumətin diqqətinə çatdırmaq istəyirəm. Bir neçə il bundan qabaq Əmək Məcəlləsinə edilən dəyişikliyə görə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyənlərin son yaş həddi 65 yaş müəyyən edilib. Yalnız cüzi istisnalarla ildə bir dəfə uzadılmaqla işçi 70 yaşa çatanadək işləyə bilər”. 
Bunu isə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib. 
O deyib ki, son zamanlar xüsusilə təhsil, səhiyyə və TƏBİB-ə aid təşkilatlarda yaş məhdudiyyətinin tətbiqi sərt xarakter alıb: 
“Sanki bu insanlarla uzun illər həmin peşənin mütəxəssisi olmamış, heç bir bilik və bacarığa malik deyillərmiş kimi davranaraq onları elə ad günündəcə işdən azad edirlər. Təşkilatda olan alternativ vakant iş yerləri də onlara təklif olunmur. Bu isə təhsil və tibb işçiləri arasında ciddi narazılıq və sosial gərginlik yaradır. Bizə edilən müraciətlərin sayı və xarakteri də müvafiq yumşalmanın vacibliyini diktə edir.
Nəzərə alsaq ki, bu peşə sahiblərinin pensiyası da təxminən minimum pensiya həddindədir və başqa iş tapmaq imkanı da praktik olaraq mümkün deyil, onda uzun illər cəmiyyətə təhsil verən və sağlamlığının keşiyində dayanan bu nəcib peşə sahiblərinə qarşı belə davranışı nə milli, nə də dövlət əxlaqına sığışdırmaq mümkündür. Təəssüf ki, fərdi qaydada etdiyimiz müraciətlər də müsbət həll olunmur.
Mənim fikrimcə, yaş həddi insanın çalışma imkanına əngəl olmamalıdır. Əgər bilik və bacarığı, sağlamlığı imkan verirsə, müvafiq sertifikasiya və attestasiyadan keçibsə, formal yaş məhdudiyyətinə görə insanları əmək fəaliyyətindən kənarda qoymaq doğru deyil. Bu, vətəndaşın konstitusiya ilə təmin olunan əmək hüququnun pozulmasıdır.
Təklif edirəm ki, Əmək Məcəlləsində dəyişiklik edək və dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışmanın son həddi 65 yaşdan 70 yaşa qaldırılsın".
Bu fərqli baxışların səbəbi nədir? Niyə vəzifəli şəxslər vəzifədə ölənədək qalmaq istəyir? Sadə vətəndaşlar pensiya yaşının azaldılmasını tələb etdikləri halda, yağlı vəzifələrdəki məmurların orada 70 yaşadək qalmaq istəyi deputatın dili ilə gündəmə gətirilirsə, burada şübhəsiz ki, dövlətə faydadan çox şəxsi maraqlar var...

Natiq Cəfərli: “Azərbaycanda təqaüdlərin aşağı olması məsələsini həll etmək  lazımdır ki, vətəndaş özü 60-65 yaşda təqaüdə çıxmağa maraqlı olsun”
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, təqaüd yaşı ilə bağlı müzakirələr çox  bəsit və üzdən aparılır, halbuki məsələnin kökü çox dərindir: “Çox təəssüf ki, təqaüd yaşının aşağı salınması, onun müsbət və mənfi cəhətləri, səbəbləri haqqında ciddi bir diskussiya açılmır. Məsələn, Musa Quliyevin təklifinin məntiqi ondan ibarətdir ki, dövlət, hökumət orqanlarınıda, yəni büdcə təşkilatlarında işləyənlər təqaüdə çıxmaq istəmirlər. Səbəb isə maaşlarının  pensiya təqaüdündən daha yüksək olmasıdır. Yəni onların pensiya fonduna topladıqları yüksək olmur və sonra normal təqaüd ala bilmirlər, ona görə də işləmək istəyirlər. Musa Quliyevin açıqlaması həm də bunu dolayısı yolla təsdiq edir”.
Ekspertin sözlərinə görə, Azərbaycanda əhalinin böyük əksəriyyəti pensiya yaşının aşağı salınmasını istəmir: “Dünyanın hər yerində təqaüd yaşının artırılması ilə bağlı təklif olan kimi  əhali buna etiraz edir. Məsələn, bugünlərdə Fransada böyük etirazlar oldu, eyni  cür etirazları Avropanın bir sıra ölkələrində gördük.
Azərbaycanda isə əksinə, əhalinin böyük bir qismi təqaüd yaşının artırılmasından məmnundur, çünki onların təqaüdləri çox aşağıdır. Yəni bu məsələni həll etmək  lazımdır. İnsanlarımız təqaüdə çıxdıqdan sonra aldıqları təqaüdlə  normal yaşaya biləcəklərsə, təbii ki, daha tez təqaüdə çıxmaq istəyəcəklər. 
Tahir Kərimlinin yanaşması isə  yenə də məsələnin kökünü anlamadan, daha çox populist yanaşma idi. Məsələnin köklərini araşdırmaq, sorğular keçirmək lazımdır ki, insanlarımız doğrudan da istəyirlərmi ki, təqaüd yaşı aşağı düşsün, bu, onlar üçün xeyirlidirmi? Təəssüf ki, vətəndaşların ömrünün həcmi azalır, əsasən də kişilərdə orta yaş həddi getdikcə aşağı düşür, onların təqaüdə çıxdıqdan sonra vəsait alması  çox çətinləşir. Lakin bunun da yolları var. Qanunvericilikdə heç bir maneçilik olmadığı halda bu günə qədər  belə bir mexanizm yaradılmayıb ki, vətəndaşlar özlərinin yığılan pensiya vəsaitindən istifadə etmək və yaxud  onu öz vərəsələrinə vermək hüququna malik olsunlar. Əslində isə yığdıqları həmin vəsaiti avtomatik olaraq, vərəsələri almalıdır və dünyanın hər yerində belədir.  Beləliklə, Azərbaycanda təqaüdlərin aşağı olması məsələsini həll etmək lazımdır ki, vətəndaş özü 60-65 yaşda  təqaüdə çıxmağa maraqlı olsun. Bizdə əhalinin böyük əksəriyyəti təqaüdə çıxmaqda maraqlı deyil. Problemin kökündə dayanan əsas məsələ budur".

Akif Nəsirli: “Bu məsələ ilə bağlı fikir bildirən deputatların səmimiyyətinə inanmıram”
İqtisadçı Akif Nəsirli isə mövzuya bu cür şərh bildirdi: “Sözün doğrusu, deputatların bu fikirləri ilə tanış olanda məndə belə bir təəssürat yarandı ki, sanki onlar bir tamaşa qurublar. Yəni mən nə Musa Quliyevin, nə Tahir Kərimlinin səmimiyyətinə inanmıram.
Məsələ burasındadır ki, reallıq tamam başqadır. Reallıq ondan ibarətdir ki, bu gün Azərbaycanda pensiya yaşı kişilər üçün 65 yaşdır, qadınlar üçün isə 2027-ci ilə qədər 65 yaşa çatdırılacaq. Yəni hədəf  qadınların da 65 yaşda pensiya çıxmasını təmin etməkdir. Lakin BMT-nin statistikasına görə, Azərbaycanda orta ömür uzunluğu beynəlxalq standartlara əsasən təxminən 71 yaşdır. Azərbaycan hökuməti vətəndaşı 65 yaşda  pensiyaya çıxardanda onun sığorta kapitalının illərə bölünməsi  prosesini bu cür hədəfləyir ki, pensiyaçı 12 il pensiya ilə təmin olunsun.
Yəni sığorta stajı bölünür 144 aya, yəni 12 ilə və həmin illərlə nə qədər vəsait düşürsə, o qədər də vətəndaşa pensiya verilir, məsələn, 180 manat və ya 280-320 manat və sairə. Vətəndaş da 71 il, yəni təyin olunan 12 illik pensiyanın cəmi 6 ilini  yaşayır,  6 ili isə boşa qalır. Bunu nəzərə alaraq, Tahir Kərimlinin fikirlərində bir həqiqət payı var ki, əgər hökumət vətəndaşı pensiyaya çıxardanda 12 il ona pensiya  ödəmək öhdəliyini götürürsə, vətəndaş isə 6 il yaşayırsa, bu məsələni vətəndaşın xeyrinə həll etmək lazımdır. Yəni ya sığorta stajını 12 ilə deyil, 6 ilə bölməlidir, ya da pensiya yaşını 60-a, 59-a salmalıdır ki, vətəndaşa nəzərdə tutulan pensiya sona qədər ödənilsin. Azərbaycan hökuməti, sadəcə, pensiyaçılara daha az pul xərcləmək üçün 12 il hədəflənməsinə baxmayaraq,  reallıqda 6 il pensiya verir.
Digər tərəfdən, hökumətin hədəfi odur ki, işçini, əməkçini 65 yaşda pensiyaya çıxarsın, onu yerini gənc nəsil tutsun. Belə olan halda hökumət 65 yaşına çatmış vətəndaşa pensiyaçıya layiqli həyat  təminatı verməlidir. Amma layiqli həyata təminat vermir, üstəlik, 65 yaşdan sonra iş yerlərini üzünə qapadır. Nəticədə vətəndaş qalır ya övladlarının ümidinə, ya həyat şəraitini təmin etmək üçün başqa bir leqal məşğulluqla məşğul olur, ya da düşüb küçələrə dilənir. Bu gün küçələrdə nə qədər dilənən təqaüdçü görürük. Bunu aradan qaldırmaq üçün Azərbaycan hökuməti pensiya sistemini normallaşdırmalıdır". (Yeni Müsavat)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Dekabr 2024 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see203

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see194

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see184

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see177

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see169

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see155

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see140

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see137

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see131

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see129

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see126

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see125

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see125

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see125

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri