Icma.az
close
up
RU
Pensiya yaşına çatanlar oxusun Bunu mütləq bilməlisiniz

Pensiya yaşına çatanlar oxusun Bunu mütləq bilməlisiniz

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Pensiya yaşına çatmış şəxslərin işdən çıxarılması zaman-zaman cəmiyyətdə narazılığa səbəb olur. İddialara görə, əksər hallarda işəgötürənlər bu şəxsləri ərizə yazmağa məcbur edir və əmək münasibətləri rəsmi şəkildə sona çatdırılır. Lakin bir çox təqaüdçü pensiya ilə dolana bilmədiyi üçün çalışmağa davam etmək istəyir.

Pensiya yaşına çatan insanların işləmək hüququ necə qorunur? Aldıqları ödəniş kifayət etmirsə, onların çıxış yolu nə ola bilər?

Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, təqaüdçülərin işləmək hüququ yalnız bəzi dövlət qurumları və ya hakimiyyət orqanlarında məcburi məhdudlaşdırıla bilər:

“Çünki bu qurumlarda müəyyən yaş hədləri var və bu yaşdan sonra həmin şəxslərin fəaliyyət göstərməsi mümkünsüzdür. Lakin qanuna əsasən, digər icra orqanlarında vətəndaş pensiya yaşına çatsa da, ali icra hakimiyyəti orqanının qərarı ilə onun əmək müqaviləsi bir il müddətinə uzadıla bilər. Özəl şirkətlərdə ümumiyyətlə, belə bir qadağa yoxdur, yəni yalnız təqaüd yaşına çatdığına görə kimisə işdən uzaqlaşdıra bilməzlər. Qanun pensiya yaşına çatmış şəxslərin yalnız hakimiyyət və icra orqanlarında deyil, digər qurumlarda da işləməsini qadağan etmir. Beləliklə, pensiyaçılar öz sahələrinə uyğun qaydada dövlət və ya özəl sektorda fəaliyyət göstərə bilərlər”.

Əkrəm Həsənov

Hüquqşünas bildirib ki, dövlətin hamını işlə təmin etmək öhdəliyi yoxdur:

“Biz SSRİ dövründə yaşamırıq, artıq kapitalizm dövrüdür. Burada iş tapmaq bacarıq və qabiliyyətdən asılıdır. Sosializmi seçsəydik, hər kəsin işlə təmin olunmasını tələb edə bilərdik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 İyul 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri