Icma.az
close
up
RU
Pensiya alanların nəzərinə: problem var Bunu bilməlisiniz

Pensiya alanların nəzərinə: problem var Bunu bilməlisiniz

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda pensiya alanlarla bağlı yeni problem ortaya çıxıb. Bəzi vətəndaşlar bildirirlər ki, qeydiyyatda olduqları ev söküldükdə şəxsiyyət vəsiqələri deaktivləşir və bu səbəbdən təqaüdlərin karta köçürülməsi çətinləşir. Bu məsələnin qanuni əsaslarının olub-olmaması isə müzakirə mövzusudur.

Qeydiyyat problemi pensiya ödənişlərinin dayanmasına səbəb ola bilərmi? 

Globalinfo.az-a danışan iqtisadçı Əkrəm Həsənov deyib ki, bu məsələ tamamilə qanunsuz və özbaşına xarakter daşıyır.

“10‑15 il əvvəl Daxili İşlər Nazirliyinin yerli idarələrində sənədsiz vətəndaşların rəsmiləşdirilməsinə başlandı. Halbuki həmin şəxslər faktiki olaraq qeydiyyata alındıqları ünvanda yaşamırdılar. Bu da düzgün deyildi. Lakin həmin vaxt heç olmasa onlara şəxsiyyət vəsiqələri təqdim edilirdi. Bir neçə il əvvəl polisdə müəyyən şəxslər sistemdən çıxarıldı. Hazırda isə qeydiyyatsız vətəndaşlara belə şəxsiyyət vəsiqəsi verilir. Məhz bu səbəbdən qeyd edilən problemlər ortaya çıxır və bu hallar tamamilə qanunsuzdur”.

Əkrəm Həsənov

İqtisadçı bildirib ki, Konstitusiyaya görə vətəndaşın şəxsiyyət vəsiqəsi və xarici pasport almaq hüququ var:

“Qeydiyyatın olmaması bu hüququ ləğv etmir. Ona görə də sözügedən məsələ hüquqi baxımdan yolverilməzdir. Təəssüf ki, mövcud problem bir neçə ildir davam edir. Hesab edirəm ki, bununla bağlı məhkəməyə, xüsusilə də aidiyyəti komissiyaya rəsmi şəkildə müraciət olunmalı və şikayət təqdim edilməlidir”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Oktyabr 2025 07:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see411

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see268

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see222

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see218

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see204

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see200

Qızılın bahalaşmasının əsas səbəbi geosiyasi risklərdir İQTİSADÇI

07 Avqust 2026 14:08see186

Avropada istidən 25 mindən çox insan ölüb

08 Avqust 2026 00:13see183

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see182

Prezidentlər Ağ Evin sahibi deyil, yalnız müvəqqəti sakinidir Trampa ŞOK

08 Avqust 2026 06:06see180

Kişiləri maqnit kimi özlərinə cəlb edən BÜRCLƏRİN qadınları

08 Avqust 2026 09:10see179

Beş meymun hekayəsi

07 Avqust 2026 22:15see169

AL: “Beşiktaş”dan səfər qələbəsi YENİLƏNİB

07 Avqust 2026 23:58see167

Çay deyil, plastik içirsiniz Ən sağlam çay dəmləmə üsulu

08 Avqust 2026 05:05see164

Tez sıxılır, darıxır... Şənbə günü onlarlıq deyil

08 Avqust 2026 10:34see163

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

08 Avqust 2026 06:07see158

“Ərzurumspor” Nərimanı belə qarşıladı Video

08 Avqust 2026 00:22see156

İyulun ən güclü Android telefonları açıqlandı Lider təəccübləndirir

08 Avqust 2026 00:26see156

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub

08 Avqust 2026 04:33see154

Naxçıvanda avqust ayı üzrə pensiyalar ÖDƏNİLDİ

08 Avqust 2026 10:58see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri